2020-ci ilin 1 rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev və Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev birgə qərara imza atmaqla , pandemiya dövründə işçilərin işdən azad olunmasının yolverilməz olduğunu, məsələyə həssas yanaşmalarını idarə-müəssisə rəhbərlərinin nəzərinə çatdırdılar.İlk baxışdan ədalətli, əhalinin mənafeyinə uyğun hesab olunan qərar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özündə icra olunurmu? Görünən odur ki,öz qərarlarına özləri əməl etmirlər.Nazirliyin tabeliyində olan qurumlar qeyd olunan qərara zidd olaraq öz işçilərinin kütləvi olaraq işdən çıxarılmasına start verdi.Ölkə üzrə əvvəldən ərizələri alınmaqla xeyli əməkdaşlarını müxtəlif bəhanələr gətirilərək işdən azad etmişdir. Bu səbəblərdən biri də struktur dəyişikliyidir. "Publik hüquqi şəxsin" yaradılması. Bu addım fəaliyyətin təkmilləşdirilməsi kimi başa düşüləndir.Lakin bu adla işçinin ərizəsini almaq , yenidən işlərinə başlayacaqlarını vəd edərək ( belə etməsələr heç kəs öz istəyilə işdən çıxma ərizəsi yazmaz)onların iş qabiliyyətlərini, savadını, təcrübəsini və ailə vəziyyətini nəzərə almadan, nəhayət ədalət prinsipi gözlənilmədən işlərindən uzaqlaşdırıblar. Təəccüblüsü də odur ki, ərizələrinin alınması ilə öz işçilərinin hüququnu tələb etməsi, müvafiq kompensasiya almaq inkanlarını da əllərindən almış oldular. Bəli,əhalinin sosial müdafiəsi ilə məşğul olan nazirlik, öz mütəxəsislərini də müdafiəsiz duruma salıblar.
Şahin Verdiyev //gundemxeber.az//
"Öz qərarlarına özləri əməl etmirlər" - İLGİNC
18
dekabr
09:44
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev