Göyçayın Çərəkə kənd sakini Əhmədov Əli Şakir oğlu Prezident İlham Əliyevə və I vitse-Prezident Mehriban Əliyevaya müraciət edib.
Reportyor.info xəbər verir ki, o, dörd uşaq atasıdır, heç yerdən gəliri yoxdur. Evi qəzalı vəziyyətdə olan Ə.Əhmədovun sözlərinə görə, Göyçay Rayon İcra Hakimiyyətindən baxış keçirilib, həyət qazdırılıb.
İH-dən Əhmədovlar ailəsinə bildirilib ki, Mehriban Əliyevaya şikayət etməyin, bizə töhmət gəlir, məsələ həll olunacaq. Aldadıldığını bildirən kənd sakini deyir ki, indiyə qədər heç bir iş görülməyib, onları yola veriblər.
Ə.Əhmədov qeyd edir ki, Göyçay İH onlara “Kimə istəyirsiniz, şikayət edin” deyib. Atası Ağdam döyüşlərində yaralanmış qazi oğlunun sözlərinə görə, anası da böyrək xəstəsidir, heç yerdən qazanc yoxdur.
“Mənim bir hektar yararsız torpağım var. Qapımda köhnə maşınım, qoca inəyim var. O maşını uşaqlar yeməyəcək ki? Heç sürücülük vəsiqəm də yoxdur. Göyçay icra hakimiyyətinə gedirəm, bizi qovurlar.
Memar İntiqam Süleymanov hər dəfə məni hədələyir. Hara məktub yazıramsa, heç bir kömək yoxdur. Bizə hər dəfə deyilir ki, maşının var.
Maşını sata bilmirik, metalloma yaramır, inəyimin də qiyməti 200 manat edir. Evim uçur, başımıza tökülür, 8 baş külfət bu vəziyyətdə yaşayırıq. Mən fəhləlik edirəm, o pulla sürünürük. Belə olmaz axı?!”
Ə.Əhmədovun sözlərinə görə, 1958-ci ildə tikilən evdir, qəzalı haldadır: “Bizə qazdırdılar ki, guya təzəsini tikirik.
Amma aldatdılar, heç bir köməklik olunmadı. İcra hakimiyyəti işçiləri deyirlər ki, gedin hara istəyirsiniz şikayət edin”.
Ümidini hər yerdən üzən vətəndaş dövlətdən və Prezidentdən kömək istəyib. Dörd övladının həyatının təhlükədə olduğunu deyən ata M.Əliyevanın onların səsinə səs verməsini xahiş edib.
Göyçay icra başçısı sakini belə aldatdı - İTTİHAM
28
dekabr
15:52
Qarabağ
KOMMENTLƏR
Qazi atası icra başçısından Prezidentə şikayət etdi: “Bir dəfə də olsun...” - FOTOLAR
"Günlərlə quru çörəyi belə tapmırıq" - GİLEY
Göyçay icra başçısının qardaşı oğlu bıçaqlandı - Foto
Prezidentin işdən çıxardığı 19 illik icra başçısı - DOSYE
Göyçayın icra başçısından biabırçı addım - Yaralı qaziyə 7 manatlıq üzqırxan verib yola salır...
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev