Son zamanlar barəsində ən çox şikayət olunan dövlər qurumlarından biri də, bəlkə də birincisi "Azəriqaz"dır, desək, yanılmarıq. Hər halda günü gündən artan narazılıqlar belə deməyə əsas yaradır. DİA.AZ olaraq sözügedən qurumdan vətəndaş narazılıqlarını təqdim edirik.

"Azəriqaz" yeni ilə belə girdi...

Aydan Hüseynli adlı istifadəçi sosial şəbəkədə yazır: "Şikayətim "Azəriqaz" İstehsalat Birliyindəndir. Masazırda yaşayırıq qaz çox zəif olduğu üçün kombi evi qızdırmır, donuruq. Qazda çay qoyursan 2 saata qaynayır o qədər zəifdi. Bezdik da bu soyuq havalarda. Şikayətimizi kimə deyək axı..."

"Azəriqaz" yeni ilə belə girdi...

Narazı vətəndaş Mehriban Fətullasoyun da şikayəti "Azəriqaz"dandır: "Bizdə son 1 aydır "Azəriqaz"a olan ödəmələrdə 20% tutulma olur. Qəbzin üstündə borca görə tutulma yazılır, amma smart-kardlarda borc olmur, qazı öncədən alıb sonra istifadə edirik. Kimdə bu cür problem olub və məsələni necə yoluna qoya bilmisiniz?"

Hər iki iddia ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.
скачать dle 12.1