DİA.AZ olaraq növbəti şikayəti təqdim edirik. İbrahim Abbaszadə adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" qrupunda başına gələnləri belə nəql edir:

"Şikayətim "Azəriqaz"dandır. Evinmdəki sayğacı dəyişiblər. Bundan sonra çekə baxanda dəli oldum... Çekdə borcumun məbləğini 34 manat yazıblar. Halbuki həmişəki kimi istifadə etmişik və hər ay ortalama 5-6 manat arası borci yazılırdı. Nə etməliyəm,"
Vətəndaşın iddiası ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq...