“Bu müzakirələrin təkcə Avropa Şurasının gələcəyi deyil, eyni zamanda, üzləşdiyimiz böhrandan çıxışa dair müzakirələr olması ilə bağlı həmkarlarımın fikrini bölüşürəm. Biz indiki vəziyyəti bilərək təhlil etməli və hansı istiqamətdə gedəcəyimizi müəyyənləşdirməliyik. Çox vaxt prosedurların dəyişməsi və maliyyə böhranının həllinin bu vəziyyətdən çıxmaq imkanı olması ilə bağlı fikirlər eşidirik”.
“Bakisesi.com” AzərTac-a istinadən xəbər verir ki, bu sözləri AŞPA-nın payız sessiyası çərçivəsində “Avropa Şurasının gələcəyi” mövzusuna həsr edilmiş müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.
Səməd Seyidov qeyd edib ki, Şuranın gələcəyi deyəndə təkcə prosedurlar və maliyyə səbəblərini deyil, eyni zamanda, dəyərləri və münasibətləri düşünməliyik. Məncə üzləşdiyimiz böhran bu son iki amildən irəli gəlir.
“Üzvü olduğumuz bu təşkilata nəzər saldıqda onun 8 üzv ölkəsinin bir-biri ilə müharibədə olduğunu görürük. Belə bir təşkilatın gələcəyini təsəvvür edə bilərsinizmi? Üzvləri bir-biri ilə mübarizə aparan bu təşkilatın gələcəyini necə təsəvvür etmək olar? Bu, çox çətin vəziyyətdir. Təsəvvür edə bilərsinizmi ki, 14 üzvü daim ciddi monitorinq altında olan və digər üzvləri “köhnə demokratiya” adı altında fərqli davranışa malik olan təşkilatın hansı gələcəyi ola bilər?”, - deyə S.Seyidov bildirib.
Nümayəndə heyətinin rəhbəri deyib ki, gələcək haqqında düşünmək üçün dərhal yeni komitə və ya xüsusi ad hoc qrup yaradılmalıdır. Bu böhrandan necə çıxmağa, bütün 47 üzv dövlət üçün qəbul edilə bilən ideyalara baxılmalıdır. Yalnız bu yolla üzvlər bir yerdə ola bilər. Əks təqdirdə, bu təşkilatın gələcəyi böyük sual altında olacaq.
“Ancaq ümid edirəm ki, gələcəyimizi müəyyən etməyə qadirik. Malik olduğumuz çox məhdud vaxt bizə bir-birimizi başa düşməyə, dinləməyə, bir-birimizə qarşılıqlı hörmət etməyə imkan verəcək və gələcəyimizi təmin edə biləcəyik”, - deyə S.Seyidov diqqətə çatdırıb.
Seyidov Avropa Şurasını tənqid etdi - “Bu təşkilatın hansı gələcəyi ola bilər?”
10
oktyabr
21:42
Qarabağ
KOMMENTLƏR
Avroqrupun rəhbəri: İtaliyanın büdcə istiqaməti narahatlıq doğurur
Ərdoğan: BMT hələ də ədaləti təmin etmək iqtidarında deyil
UFC RƏHBƏRİ: "NURMƏHƏMMƏDOV ÇEMPİONLUQ TİTULUNDAN MƏHRUM EDİLƏ BİLƏR
Səməd Qurbanov: Azərbaycanlı ixracatçılara öz məhsullarının Rusiya bazarında tanıdılması və satışının artırılması istiqamətində hər cür dəstək göstəriləcək
Bankların rəhbərliyi ilə bağlı tələblər dəyişdi
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev