Göyçayın Ziya Bünyadov küçəsində yerləşən 73 saylı binanın sakinləri şikayətçidir. DİA.AZ xəbər verir ki, onlar 2006-cı ildən 40 mənzilli həmin binada məskunlaşdıqlarını, ancaq rayonun qaz-istismar idarəsinin onları qazla təmin etmək istəmədiyini deyirlər. “Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik, ancaq bizə qaz vermirlər. Hətta rayon icra hakimiyyətinə belə getmişik. Orda bizə məsləhətlər də verdilər ki, filan yerlərə müraciət edin, belə yazın, elə deyin və s. Hər yerə yazdıq, bu gün yenə qazsızıq”.
Sakinlərdən Nəbi Qədirov belə deyir. Bildirir ki, problemləri ilə bağlı konkret Göyçay Qaz İdarəsinə, “Azəriqaz”a, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) müraciət ediblər: “Dövlət Neft Şirkətindən dedilər ki, yerli icra hakimiyyətinə müraciət edin. İcra hakimiyyəti də deyir, onlar baxır bu işə. Bir sözlə, qurumlar problemi bir-birinin üstünə atır. Arada isə biz, yazıq, soyuqdan ölən əhali qalmışıq”.
Sakinlərdən Zöhrə Əsədullayeva deyir ki, hətta Göyçayın ucqar kəndlərində belə qaz var, evlər istidir, ancaq onlar şəhərin mərkəzində odun sobası yandırmaq məcburiyyətindədirlər: “Qışda evləri isitmək olmur. Məcburuq ya elektrik sobalarından istifadə edək, ya da odun yandıraq. Elektrik sobasına imkanımız çatmır. İşıq çıxır kəllə-çarxa, ödəyə bilmirik. Onu da kəssələr, gərək yıxılıb ölək. Məcburuq yemək bişirmək üçün qaz balonlarından istifadə edək. O da, hamı bilir, təhlükə mənbəyidir. Neçəsi evdə partlayıb, yaxşı ki, yanında adam olmayıb. Onun partlaması nəticəsində yaralananlar, evi yananlar da olur, eşidirik”.
Sakinlərin sözlərinə görə, uşaqlı evlərdə vəziyyət daha çətindir. Soyuq olduğundan bütün qışı xəstələnirlər: “Məsələ odur ki, insanları saymırlar, veclərinə deyil. Məsələn, mən 12 ildir burada yaşayıram. Binada heç vaxt qaz olmayıb. Özü də yerli işıq idarəsinin balansında olan binadır. O vaxt idarənin işçiləri üçün tikilib. Çox əziyyət çəkirik. 63 yaşım var və odun almağa pulum yoxur. Məcburam yandırmaq üçün küçələrə düşüb çör-çöp, kağız yığam. Evi işıqla qızdırmaq olmur, çətindir. Xahiş edirik, bizə kömək etsinlər, qazımızı çəksinlər”, - sakinlərdən Təsvirə Xəlilova belə deyir.
Zöhrə Əsədullayevanın ailəsi 4 nəfərdən ibarətdir. Deyir, bütün dünyaya qaz satan bir ölkənin vətəndaşlarının qışda soyuqdan donması gülməli səslənir, ancaq belədir: “Demirik ki, dünyaya satırsan, bizə qazı pulsuz ver. Versin, pulu nədir ödəyib, işlədək. Ancaq vermirlər. Təsəvvür edin, qışda bircə otağı qızdırıram və hamımız yığılırıq ora. İnanın, çox əziyyətlə, çətinliklə ayda işığa 60 manat verirəm. Şikayət edirik, ancaq gəlib baxan, yoxlayan, maraqlanan yoxdur”.
"Hər yerə yazdıq, bu gün yenə qazsızıq..." - GİLEY
09
fevral
11:10
Qarabağ
KOMMENTLƏR
Dəfələrlə icra hakimiyyətinə müraciət etsələr də... - GİLEY
Göyçay icra başçısı sakini belə aldatdı - İTTİHAM
“Şəxsiyyət vəsiqəmizdə Samux rayonu yazılıb, amma qaz çəkdirmək üçün Şəmkirə yönləndirirlər” - GİLEY
Evinə bomba düşən Gəncə sakini çarəsiz durumda - "Adım heç zərərçəkmişlərin siyahısında yoxdur"
“İcra hakimiyyəti bizi qarşı-qarşıya qoyub” - QALMAQAL
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı