Bizdə marketlərin də adı öz təyinatına uyğun gəlmir. Elə qəribə adlar tapıb qoyurlar. Məsələn, “Neptun Market”.
Görəsən, bu marketin sahibinin Neptunla bağlı birazca məlumatı varmı ..?
Məlumdur ki, Neptun qədim roma mifologiyasına görə, dəniz allahıdır. Düzdür, sonradan bu allah qədim yunanların Poseydonu ilə eyniləşdirilib.
İndi özünüz deyin dəniz allahı Neptunun bizim supermarketə nə dəxli var..?
Gərək belə əzəmətli adın arxasında möhtəşəm işlər olsun. Amma…Neptun marketində satılan bulkanın içindən şurup çıxmışdı. Deyirəm yaxşı ki, 100-lük mıx-mismar çıxmayıb.
Sonra Neptun marketin alıcıları şikayət edir ki, marketdə satılan ərzaqların üstündə milçəklər qaynaşır, vızıldaşır.
Marketdə məhsulların rəflərdəki qiyməti ilə kassadakı qiyməti arasında xeyli fərq var, yəni alıcıları aldadırlar. Bu heç allah adına yaraşan əməldir, ay Neptun allahı sizə qənim olsun.
Marketdə daha ciddi problemlər də var.
Şikayətçilər yazır ki, “Neptun” marketdən alış-veriş edib, göstərilən məbləği ödəsək də, bizə verilən qəbzin üstündə nə VÖEN, nə tarix, nə də alış-verişə xərclənən pulun aydın göstərilmədiyini gördük. Bunu tələb edəndə üstümüzə mühafizənin qoçusu gəldi...
Bəli, Neptun market şəbəkəsi vergidən yayınır, alıcıları incidir, istehlakçıların hüquqlarını pozur.
Bəs, görəsən, Vergilər Nazirliyi hara baxır ?
Bəs, narazı alıcılar kimə şikayət etsin ?
Neptun marketinin rəhbərliyi narazı müştərilərə deyir ki, get hara istəyirsən şikayət elə...
Bəlkə Neptuna yox, bir olan Allahımıza şikayət etsək, daha düzgün olar
Alıcılar “Neptun Market”i Allaha həvalə edir- Vergi Xidməti marketdə baş verənləri görmür ?
09
mart
11:07
Qarabağ
KOMMENTLƏR
Bakıda Neptun supermarketdən alınan bulkadan şurup çıxıb
"Rahat" marketdə "ENDİRİM" FIRILDAĞI (FOTO)
Sumqayıtın “KARVAN” marketində COVİD-19 təhlükəsi VİDEO
"Araz" marketdə millətə bu məhsulu təqdim edirlər... - "Nəzarət etsinlər artiq!"
"Araz" marketdə müştəriləri narazı salırlar - "Bu ölkədə heç kim heç kimə badalaq gələ bilməz"
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev