Qeyri-Hökumət Təşkilatlarının yaranmasında bir məqam diqqəti cəlb edir. Deməli, dövlət qurumlarında çalışan vəzifəli şəxslər öz səlahiyyətlərindən istifadə edərək, özləri üçün Qeyri-Hökumət Təşkilatları yaradır. Yəni dövlət resurslarından yararlanaraq, QHT yaradıb qrant layihələrində iştirak edir və böyük məbləğdə maliyyə vəsaiti əldə edirlər.
Əlbəttə, biz kimlərinsə QHT yaratmasın, qrant müsabiqələrində iştirakının əleyhinə deyilik. Amma dövlət qulluğunda oturub, hökumət nümayəndəsi olub, Qeyri-Hökumət işləri ilə məşğul olmaq “dövlət içində dövlət” kimi bir məsələdir.
Bu bilirsiniz nəyə oxşayır ?
Nazirlər, komitə sədrləri, hətta icra başçıları fərqli siyasət yürüdür. Axı, ölkə siyasətini 1-ci şəxs müəyyən edir. Qalan vəzifə sahibləri, məmurlar həmin siyasətin icraçılarıdır.
Amma icraçı QHT yaradıb alternativ siyasət yürüdəndə necə deyərlər “xiyar əyri bitir“.
Bir vaxtlar Kənd Təsərrüfatı Nazirliyində çalışan və nazirliyin imkanları hesabına özünə “Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları “ İctimai Birliyini yaradan Emin Əliyev də belə QHT rəhbərlərindən biridir.
Nədənsə son vaxtlar hamı “ 5-ci kolondan “ danışır. Amma heç kim Sorosun uşaqları olan belə QHT sədrlərindən danışmır. Əlbəttə, Rusiyanın əlaltıları olan 5-ci kolon kimi Qərbin qrantyeyənləri də dövlətimizin maraqlarını deyil, ağalarının maraqlarını güdürlər.
Emin Əliyevdən soruşan lazımdır ki, QHT rəhbəri olaraq neçə ildə cəmiyyət üçün hansı maraqlı layihə həyata keçirmisən ?
Aldığın qrantların hesabatını vermisənmi ?
Hansısa qaçqın ailəsinə 1 kq vermeşil, 1 kq düyü, 2 ədəd koka kola vermək, nə vaxtdan qeyri-hökumət işi olub ?
Bütün bunlar azmış kimi keçən il 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd olanda sakinlərə hansı vədləri vermişdin ?
Sənin yaşın imkan verdiyi halda işğalda olan Zəngilan, Qubadlı üçün erməniyə bircə güllə atmısanmı ?
Ümumiyyətlə, orduda qulluq etmisənmi ?
Son vaxtlar erməni işğalından azad edilmiş Zəngilan, Qubadlı torpaqlarında hansı layihəni işə salmısan ?
Suallar çoxdur, cənab QHT sədri. Hesabatlarını hazırla...
Dövlət məmuru necə QHT sədri ola bilər ?- Bu “dövlətin içində dövlət” deməkdir, cənab deputatlığa namizəd
30
mart
14:16
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev