Biz “Sobsan” boya fabriki ilə bağlı yazdıqca, gundelik-baku.com-un redaksiyasına müxtəlif şikayətlər daxil olur.
Ötən yazılarımızda şirkətin ətraf mühit üçün ziyanlı olan xeyli kimyəvi maddələri su hövzələrinə axıtmasından, Şamaxıda onlarla vətəndaşı aldadaraq onlara məxsus torpaqları saxta sənədlərlə mənimsəməsindən, hətta vəfat etmiş şəxslərin adına olan torpaqları da ələ keçirməsindən bəhs etmişdik.
Digər yazımızda “Sobsan Boya”nın şefinin Səhiyyə naziri Oqtay Şirəliyevlə bazarlıq edərək Dadaşova Gülnaz Mahir qızını Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin etdirməsi barədə yazmışdıq.
Başqa bir yazımızda 2020-ci il iyulun 5-də “Sobsan” boya fabrikində baş verən güclü yanğın zamanı zərərçəkənlərin hələ də onlara çatacaq kompensasiyanı ala bilməməsindən bəhs emişdik.
Təsəvvür edirsiniz FHN-nin rəsmi sənədində qeyd edilir ki:
“Rəmzi-S” MMC-yə məxsus “Sobsan “ boya fabrikində baş vermiş yanğın hadisəsi nəticəsində 14 milyon 243 min 126 manat 49 qəpik ziyan dəymişdir. Dəymiş maddi ziyan SOBSAN üçün əhəmiyyət kəsb etmir. Odur ki, fabrikin hadisə ilə əlaqədar şikayəti və iddiası yoxdur ”.
Deməli, 12 milyon manat SOBSAN boya üçün əhəmiyyət kəsb etmir. Bəs görəsən, onda fabrik zərərçəkənin pulunu niyə vermir?
Burada daha maraqlı məqamlar var.
Şikayətçilər bildirir ki, şirkətin 75 manata satdğı 10 kiloluq bir vedrə boyanın real çəkisi 6 kiloqram olur.
Yəni 12 milyonu almaq istəməyən şirkət alıcıları çəkidə aldadır.
Qeyd edək ki,”Sobsan Boya” şirkətinin rəhbərləri Zöhrab Səbzəliyev və Cavid Səbzəliyevdir. Və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbərləri olan Cavid Səbzəliyevin və Zöhrab Səbzəliyevin əmisi qızıdır.
“Sobsan” boya alıcıları aldadır- Bir vedrə 10 kq boya realda 6 kq olur
06
aprel
14:02
Qarabağ
KOMMENTLƏR
“Sobsan Boya” və Səhiyyə naziri Oqtay Şirəliyevin şərikli biznesi-“Sobsan Boya” fabrikində ÖZBAŞINALIQ
“SOBSAN” boyanın 12 milyona ehtiyacı yoxdur…- Bəs nə üçün fabrik yanğın zamanı zərəçəkənin kompensasiyasını vermir ?
"Yalandan bəhanələr gətirir..." - GİLEY
Tərxis olunmasına bir neçə gün qalmış şəhid olan əsgər - VİDEO
"Holcim"in rəhbərliyi ilə bağlı ilginc iddialar... - "Gözün üstündə qaşın var" deyən yoxdur...
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı