“Bakisesi.com” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində 15 dövləti təmsil edən hərbi attaşelik aparatlarının 22 nümayəndəsinə hərbi hissə haqqında brifinq verilib. Sonra onlar burada şəxsi heyət üçün yaradılan şərait və hərbi hissənin silahlanmasında olan döyüş texnikası ilə tanış olublar.






