Səhiyyə nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzi deyəndə çoxlarının gözünün önünə müxtəlif obyektlərin dezinfeksiya edilməsi gəlir.
Hətta rayonlarda bu quruma “siçan-pişik” idarəsi də deyilirdi.
Ancaq çoxları bilmir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyət dairəsi çox genişdir. Nəinki təmizlik, sanitariya, gigiyena, ictimai-iaşə, mineral sular, hətta tikinti-inşaat sahəsinə də nəzarət edir.
Bəli, tikinti-inşaat…
Yəqin ki, 2015-ci ildə Binəqədi rayonu Azadlıq prospektində yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən və 15 nəfərin ölümü ilə nəticələnən yanğın çoxlarının yadındadır. Həmin faciədən sonra Bakıda tikintidə geniş istifadə edilən poliuretan örtüklər qadağan edildi. Və binaların çoxundan yığışdırıldı.
Həmin poliuretan örtüklərin Azərbaycanda tikintidə istifadəsinə kim icazə vermişdi ?
Əlbəttə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi həmin inşaat materialına keyfiyyət sertifikatı vermişdi.
İndi aydın oldumu Gigiyena və Epidemiologiya Mərkəzi düşündüyümüz kimi təkcə “siçan ovlamır”, əlində böyük imkanlar var.
Həmin faciəli hadisəyə görə, Mərkəzin direktoru Akif Əlibəyov vəzifəsindən azad edildi. Əgər bu hadisə sivil ölkədə olsaydı, Akif Əlibəyov hələ də həbsdə idi.
Bu Mərkəzin əməkdaşları müxtəlif ticarət obyektlərini dolaşaraq “aylıq” yığmaqla məşğuldurlar.
Bu mərkəzdə direktor olaraq, Vaqif Abdullayev kimi rüşvətxor məmurlar çalışıb. Bu gün də qurumda müxtəlif vəzifələrdə çalışırlar.
Hazırda Gigiyena və Epidemiologiya Mərkəzinin birbaşa kuratoru səhiyyə naziri Oqtay Şirəliyevin müavini Viktor Kerimoviçdir.
Və bir müddət əvvəl nazir Oqtay Şirəliyevin əmri ilə Sara Həsənova Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə direktor təyin edilib.
Məlumat üçün qeyd edək ki, Sara Həsənova bu vəzifəsindən əvvəl Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəisi olub.
Sara xanımın fəaliyyəti ilə bağlı növbəti yazıda bəhs edəcəyik.
Ancaq onu qeyd edək ki, Sara Həsənova əsasən obyektlərdəki içkiləri nəzarətə götürüb.
Gigiyena və Epidemiologiya Mərkəzinin kuratoru Viktor Kerimoviç kimdir ?- Mərkəzin direktoru Sara Həsənova niyə məhz içkiləri nəzarətə götürüb ?
09
aprel
18:49
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı