Hacıqabul rayonunda COVID-19 virusuna yoluxan Gigiyena və Epidemiologiya Mərkəzinin sürücüsü taksi fəaliyyəti ilə məşğul olub.
Bakısəsi APA-ya istinadla xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının əldə etdikləri məlumat əsasında Hacıqabul Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sürücüsü, koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini, 1977-ci il təvəllüdlü Məmmədov Mahir Əlibala oğlunun xəstə olmasına baxmayaraq, taksi fəaliyyəti ilə məşğul olduğu, yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Həmin şəxsin virusa yoluxduğu üçün işə çıxmaması və evdə müalicə olunması barədə qərar qəbul edilib. O, işə çıxmamasını fürsət bilərək ona məxsus “Chevrolet” markalı 99-RN-783 dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti göstərib, marketdə alış-veriş edib. Bütün bunlar marketlərdən birinin təhlükəsizlik kamerasına düşüb.
Polis əməkdaşı ona zəng edib və özünü şəhər sakini kimi təqdim edərək taksi sifarişi verib. M.Məmmədov sifarişi qəbul edərək hansı ünvana gəlməsini soruşub. Toplanan materiallar əsasında M.Məmmədov taksi fəaliyyəti ilə məşğul olmaqla epidemiya, sanitar-gigiyena və ya karantin rejimi qaydalarını kobud şəkildə pozaraq COVID-19 virusunun digər şəxslərin yoluxmasına risklər yaradıb, sağlam şəxslərin həyatını real təhlükə altında qoyub. Eyni zamanda sürücünün risk altında qoyduğu sərnişinlərin müəyyən edilməsi istiqamətində aydınlaşdırmalar aparılır və adıçəkilən şəxsin taksi xidmətindən istifadə edən sərnişinlərin koronavirus testindən keçmələri xahiş olunur.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq və təhqiqat şöbəsində M.Məmmədov barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi əsas götürülməklə araşdırma aparılır.
Polislər koronaviruslu taksi sürücüsünü bu yolla iş başında yaxaladı - VİDEO
03
dekabr
09:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat