Ötən sayımızda http://sabahnews.az/manet/935-hd-abyevin-avropadak-mulklri-kicik-rayondak-boyuk-korrupsiya-layihlri.html “Əhəd Abıyevin Avropadakı mülkləri- kiçik rayondakı böyük korrupsiya layihələri” başlıqlı məqalədə icra başçısının Daşkəsəndəki korrupsiya əməllərindən yazmışdıq.
Tender layihələri adı altında dövlətdən oğurlanan milyonların aqibətini, yəni Avropada Abıyevin şəxsi mülkləri kimi zühur etməsini qeyd etmişdik.
Ancaq onun qazancı tək tenderlərdən və abadlıq işlərinə ayrılmış dövlət pullarından ibarət deyilmiş.
Çobanların qənimi
Sabahnews.az-a verilən məlumatlarda deyilir ki, Əhəd Abıyevin yaylağa qalxan 3 istiqamətdə postu var. “Xanlar” rayonundakı Lülləli adlanan postu keçəndən sonra Daşkəsən ərazisi başlayır.
Burada Gülazar adlanan ərazidə (köhnə Qara Keşiş) olan postda Əhəd Abıyevin Azər və Nüsrət adlı nümayəndələri dayanırlar. Onlar hər il qoyun-quzu yaylağa köçəndə hər sürüdən 30-40 baş qoyun alırlar.
Hər sürüyə görə isə Şahbaz Mehdiyev əlavə 2000-5000 manat, bəzi fermerlərdən isə 8-10 min manat haqq alırlar.
Hər köç mövsümündə orta hesabla 800-1000 baş qoyun rüşvət kimi biz fermerlərdən yığılır və Daşkəsənin icra başçısına çatır.
Qəbirstanlığın yanında restoran tikib
Digər məlumat Daşkəsənin məşhur Xoşbulaq istirahət mərkəzi haqdadır. Xoşbulaq qəsəbəsində icra başçısının müavini rayonun yaylaq ərazilərini fermerlərə satıb. Özü üçün biznes sahəsi yaratmasını qeyd etməkdən başqa, o, Ə.Abıyevin burada özü üçün görünməmiş mülklər tikib.
Prezident aparatına ünvanlanmış çoxsaylı müraciətlərdə vətəndaşlar Ə.Abiyevin Xoşbulaqdakı toxunulmaz dövlət torpaq sahələrini vəhşicəsinə dağıdaraq hasarlamasını, torpağın darmadağın edilərək xəndəkləməsi qeyd edirdilər.
Həmçinin, Mir Cəfər Bağırovun vaxtında salınmış meşə ərazisinin mərkəzində ağacları kəsdirərək möhtəşəm qəsr tikdirməsi narazılıq doğurub.
Xoşbulağın girişindəki gölün kənarında yerləşən qəbirstanlığın qarşısında restoran yaratması da etirazla qarşılanıb.
Bu illərdə artıq Abıyev özünü rayonda tipik sovet parkomu kimi aparmağa başlayır. İcra hakimiyyətində hgeç bir vətəndaşın etirazı ,şikayəti dinlənilmir. Hətta müavinlərinə belə “Qatarda”teletamaşındakı Dadaşov obrazı kimi “Fatı otur, Fatı dur” prizmasından yanaşır.
Ardı var.
Abiyevin yaylaqlarda qurduğu postlar, yaxud Fatı dur, Fatı otur”
01
aprel
20:28
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev