Masallının keçmiş, Ağcabədinin indiki icra başçısı Rafil Hüseynov onun əməlləri barədə gundelik-baku.com saytının yazdıqlarına internet tv-lərinin birində cavab verib. Və yazdıqlarımızı şər-böhtan adlandırıb.
Cənab Rafil Hüseynov !
Yazmışıq ki, sənin polis zabiti olan oğlun Şəhriyar Hüseynzadəni əməllərinə görə polisdən qovublar.
Bunun nəyi şər-böhtandır, cənab başçı ?
Sənin oğlunu biz işdən qovmamışıq ee, cənab nazir qovub.
Sənin oğlunun rüsvayçı şəkillərini biz paylaşmamışıq, cənab Rafil Hüseynov. Bardan, gecə klublarından olan şəkilləri sənin oğlunun özü paylaşıb. Başa düşdün ?
Bu şəkillər məgər şər-böhtandır ?
Cənab Rafil Hüseynov !
Sənin Ağcabədi sakini olan şəhidin statusunu ləğv etdirmək üçün utanıb-qızarmadan dövlət qurumlarına müraciət etməyini bütün ölkə bilir. Bunu yazmağımız şər-böhtandlr ?
Şər-böhtan bilirsən nədir ?
Canını vətən uğrunda qurban verən şəxsi ləkələmək, ən ağır şər-böhtandır.
Bunu biz yox, sən etmisən.
Sahibkar qadından rüşvət istəyən biz deyilik, cənab başçı. Aç medianı oxu, yazırlar ki, sahibkar qadından rüşvət istəmisən, o da verməyib. Sonra onu döydürmüsən. Bu şər-böhtandır ?
Sənin oğlunun vətəndaşı şalvarsız sürüməsini yazmışıq. Bu şər-böhtandır ?
Deyirsən, gundelik-baku.com şər-böhtan yazır.
Masallı rayonundakı ticarət obyektlərindən, Ağcabədidə fermalarından yazmaq şər böhtandır ?
Cənab Hüseynov !
Novxanıdakı dəyəri milyon olan villanı hansı pulla tikdirmisən ? Bunu yazmaq şər-böhtandır ?
Villadakı təkcə hovuzların, ağacların qiyməti sənin 1 illik maaşından çoxdur.
Bunu yazmaq böhtandır ?
Cənab başçı !
Növbəti dəfə Novxanıdakı villanın qarşısından canlı reportaj hazırlayıb paylaşacağıq. Yəqin baxanda deyəcəksən, şər-böhtandır.
Cənab Rafil Hüseynov !
Bizim səninlə şəxsi planda davamız yoxdur. Bizim davamız sənin əməllərinlədir.
Bu gün neçə-neçə icra başçısı həbsxanada cavab verir. Onlardan yazmaq şər-böhtan idi ?
Yeri gəlmişəkən, Rafil Hüseynov, dostun, Şəmkirin icra başçısı Alimpaşa Məmmədovu da apardılar. Sağ əli sənin başına...
Rafil Hüseynov, sənin oğlundan yazmaq şər-böhtandır ?- Həbs olunan Alimpaşa səni gözləyir Rafil Hüseynov
26
aprel
20:26
Qarabağ
KOMMENTLƏR
Vəsf zamanı deyil, Rafil Hüseynov- İcra başçısı özünə “sevgi məktubları” yazdırır...
“Qatil polisin” icra başçısı olan atası Rafil Hüseynov reketlik edir ?-VİDEOFAKTLAR
Qadın sahibkarı 10 min manata görə döydürən icra başçısı… - Rafil Hüseynov Masallıda qəbristanlığı söküb yerində obyekt tikmək istəyirmiş...
Vətəndaşı evindən çılpaq çıxaran polisin maraqlı HOBBİSİ
Korrektor Rafil Hüseynov necə icra başçısı oldu?- Avtoş, adam öldürən oğul necə “ofser”- polis zabiti oldu ?
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı