"İqtisadi inkişaf tempimizin bərpa olunacağına heç bir şübhə ola bilməz".
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.
Onun sözlərinə görə, yeni növ koronavirusun iqtisadiyyata ciddi təsir göstərməsinə baxmayaraq, ilin sonunadək heç bir sosial proqram ixtisar edilməyəcək:
"Cənab Prezident İlham Əliyev ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklindəki müşavirədə də bildirdi ki, pandemiyanın fəsadlarının azaldılması üçün hökumətin həyata keçirdiyi tədbirlər paketinə 2,5 milyard manat ayrılıb və bu vəsait bir qədər də artırılacaq. Bu, bizə imkan verəcək ki, planlaşdırılan və həyata keçirilməyə başlanılan sosial proqramlar sona çatdırılsın. Prezident İlham Əliyev müşavirədə bildirdi ki, özəl sektora dəstək üçün ayrılan 2,5 milyard manatdan əlavə daha 150 milyon manatın ayrılması nəzərdə tutulub. Tək pandemiyanın formalaşdırdığı yeni mühitin ehtiyaclarından irəli gələn avadanlıqların və lazımi ləvazimatların alınmasına Prezidentin ehtiyat fondundan 97 milyon manat vəsait ayrılıb. Dövlət başçısı qeyd etdi ki, ötən il maaşların və pensiyaların ciddi şəkildə artırılması, bugün isə sosial ödənişlərin mütəmadi ödənilməsi əhalinin maddi durumunun sabit olmasında mühüm rol oynayır. Dövlət bu il 7 min məcburi köçkün ailəsini yeni mənzillərlə təmin edəcək. Bundan əlavə, 1500 şəhid ailəsinə ev veriləcək. Bu tədbirlərin sona çatdırılma əzmi göstərir ki, dövlətin yetərincə maddi ehtiyatları mövcuddur".
E.Allahverdiyevin sözlərinə görə, dövlətin valyuta ehtiyatları baxımından imkanlarının genişliyi, xarici borclarının minimum həddə olması ilə yanaşı büdcəmizdə yaranmış profisit də hökumətin cəsarətli sosial proqramlar həyata keçirməsinə münbit şərait yaradır.
"Büdcəmizin 2020-ci ilin birinci rübündəki gəlirləri 5 milyard 748 milyon manat proqnozlaşdırıldığı halda 35,9 faiz çox olub. Bu, 2 milyard 63 milyon manat deməkdir. Beləliklə, birinci rübdəki gəlirlər 7 milyard 811 milyon manat təşkil edib. Xərclər isə 5 milyard 255 milyon manat məbləğində və ya 100,8 faiz icra olunub. Dövlət büdcəsində 2 milyard 556 milyon manat profisit yaranıb. Profisitin 1 milyard 793 milyon manatı Dövlət Neft Fondundan transfertin payına düşür. Bu məbləği nəzərə almasaq belə, bu ilin birinci rübünə dair 763 milyon manatlıq profisitimiz var", - deyən deputat hesab edir ki, bu amil də iqtisadiyyatın faktiki olaraq dayanması reallığında hökumətin vətəndaşların rifah halının sabit saxlanılmasına doğru yönəlmiş addımlar atmasına kömək edir:
"Prezident İlham Əliyev qeyd etdi ki, qeyri-neft sənaye sektorunda artım 23 faizdir, inflyasiya 3 faiz səviyyəsindədir, əhalinin gəlirləri isə 7 faizə yaxındır. Üç ayda büdcəyə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil olub. Nəzərə alsaq ki, indi iqtisadi fəallıq aşağı düşüb, cənab Prezidentin dediyi kimi, bu, yaxşı nəticədir".
"Dövlətimiz tariximizin ən güclü dönəmini yaşayır. Pandemiya problemi olmasaydı, ilin ilk rübünün göstəriciləri daha yüksək templə davam edərdi. Ancaq Prezidentimiz də dedi ki, seçim qarşısında qaldıqda üstünlük vətəndaşımızın təhlükəsizliyi və sağlamlığı olmalıdır. Dünya bazarlarında münasibətlər normal məcraya döndükdən və qiymətlər sabitləşəndən sonra iqtisadi inkişaf tempimizin bərpa olunacağına heç bir şübhə ola bilməz", - deyə E.Allahverdiyev vurğulayıb.
İqtisadi inkişaf tempimizin bərpa olunacağına heç bir şübhə ola bilməz
17
aprel
18:00
Qarabağ
KOMMENTLƏR
Maliyyə Sabitliyi Şurasının iclasının keçirilməsi planlaşdırılır
Penisyalar artırılacaq, 11 min vətəndaş işlə təmin olunacaq - Nazir
Gələn il büdcədən elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq
Elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq - Nazirlik
"Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasını təmin edib"
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev