UEFA Millətlər Liqası turniri çərçivəsində oktyabrın 14-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Malta oyunu ərəfəsində millimizin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. BAKISESI.com-un məlumatına görə, baş məşqçi hər bir oyunun vacib olduğunu deyib:
"Çətin səfərdən sonra bu dəfə doğma meydanda fərqli oyun üslubuna malik komandaya qarşı çıxış edəcəyik. Qarşılaşmanın əhəmiyyətini dərk edirik və bütün fikrimizi bu matça yönəltmişik. İnanıram ki, futbolçularımız yenə ən yaxşı oyunlarından birini nümayiş etdirməyə çalışacaqlar”.
"Heyətdə dəyişiklik etməyi düşünmürük. Ancaq əsas məşqimiz sabah səhər saatlarında olacaq və heyəti konkret olaraq həmin hazırlıqdan sonra müəyyənləşdirəcəyik.
İstər rəqibə qol vurmaq, istərsə də qapımızdan top buraxmamaq üçün diqqətli olmalıyıq. Malta keçirdiyi hər üç oyunda qol vurmağı bacarıb. Sürətli əks-hücumlar qururlar. Onların Kosovo ilə keçirdikləri oyunu izləmişik. Kapitanları Mifsud oynamayacaq. Buna görə sevinmirəm. Əksinə, bu cür futbolçuların hər zaman komandalarına kömək etmələrinin tərəfdarıyam. Mifsud Malta millisi üçün vacib futbolçu olsa da, onun yoxluğunun komandasının oyununa ciddi şəkildə təsir edəcəyinə inanmıram”, - Qurbanov bildirib.
Qurban Qurbanov: "Diqqətli olmalıyıq"
14
oktyabr
15:40
Qarabağ
KOMMENTLƏR
Elxan Məmmədov millimizə mükafatdan danışdı
"Qarabağ" və "Arsenal" komandalarının start heyətləri açıqlanıb
Prezident İlham Əliyev: Azərbaycan-Vatikan əlaqələri dünyaya nümayiş etdirir ki, fərqli mədəniyyətlərin, dinlərin nümayəndələri bir-biriləri ilə necə uğurla əməkdaşlıq edə bilərlər
“Deyəsən kofe, çay yerini bağlayacağıq” - Spiker əsəbiləşdi
Türk Şurasının baş katibi Azərbaycana gəlib
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev