Xalidə zülflərin düzəldir …
Səhvlərinizi düzəldin, Xalidə Bayramova
Uzun illərdir Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini kimi çalışan Xalidə Bayramova ilə bağlı yeni mənfi xəbəri oxuyanda anidən yadıma məşhur Xalidə mahnısı düşdü:
Xalidə gözəldir,
Zülflərin düzəldir.
Əlbəttə, məmur olub-olmamasından asılı olmayaraq qadının özünə sığal verməsi, zülflərini düzəltməsi, loru dildə desək, “fason verməsi” təbiidir. O cümlədən də, Xalidə xanımı zülflərini düzəltməsinə görə, kimsə ittiham edə bilməz.
Amma, siz axı, xanım olmaqla bərabər, ölkə paytaxtının ən strateji rayonu olan Səbaildə 2-ci rəhbər şəxsiniz.
Siz neçənci dəfədir ki, dövlət məmuruna yaraşmayan ciddi səhvlərə yol verirsiniz, Xalidə xanım.
Siz zülflərinizlə bərabər, səhvlərinizi də düzəltməyə çalışın. Axı, belə olmaz.
Sizin vəzifə səlahiyyətlərinizdən sui-istifadə etmənizlə bağlı nə qədər yazırlar, nə qədər deyirlər.
3 il əvvəl sizin adınız 162 saylı məktəbin 14 yaşlı şagirdi Elina Hacıyevanın intiharında hallanırdı. Məktəbdə mənəvi və fiziki təzyiqlərə məruz qaldığı üçün intihar edən Elinanın ölümü ölkədə uzun müddət müzakirələrə səbəb olmuşdu.
Siz isə ağır vəziyyətdə olan Elinanı xəstəxanaya çatdırmaq əvəzinə sorğu-sual edərək videoya çəkmişdiniz, ona tibb yardım edilməsinə icazə verməmişdiniz.
Buna görə, mətbuatda, sosial şəbəkədə sizin ünvanınıza nələr deyilmədi, Xalidə xanım.
Amma olduğu üçün xatirinzə dəyən olmadı. Hətta, o boyda Yazıçılar Birliyinin sədri Anar müəllim sizi əməlli-başlı müdafiə etdi, sizinlə bağlı “poema” yazdı.
Bunlar sizə dərs olmadı ?
İndi isə Xalidə xanımın adı daha ağır cinayətdə hallanır.
Belə ki, Xalidə Bayramova yaxın qohumuna saxta vaksin sənədi almaq üçün vəzifəli şəxslərə müraciət edib. Xanım müavinlə bağlı Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Qeyd olunur ki, o, vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib “Covid-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib. Baş Prokurorluq onun intizam məsuliyyətinə cəlb edilməsi üçün icra hakimiyyətinə təqdimat göndərib.
Səbail İcra hakimiyyəti isə hələlik birinci müavin barəsində heç bir tədbir görməyib.
Təsəvvür edirsiniz, bütün dünya COVİD əleyhinə mübarizə aparır, dövlət başçısı İlham Əliyev cənabları vaksinlərin alınması ilə bağlı çalışır, Xalidə Bayramova isə əvvəlki səhvlərini düzəltmək əvəzinə, daha ağır cinayətə əl atır. Bu əməl dövlət siyasətinə qarşı yönəlib.
Bu adam ilə bağlı heç bir tədbir görülmür.
Onu da qeyd edək ki, Xalidə Bayramova təkcə vəzifəli şəxslərə deyil, müxtəlif şirkətlərə də təzyiq edir.
Yəqin ki, Xalidə Bayramova Azercell şirkətinə göndərdiyi çoxlu sayda şəxsiyyət vəsiqələrinin nə olduğunu gözəl bilir.
Bəli, Xalidə gözəldir, Zülflərin düzəldir. Amma səhvlərini düzəltmir.
Səbaildə başçının müavini Xalidə Bayramovanın bitib-tükənməyən səhvləri...- Xalidə Bayramova həbs oluna bilər ?
07
may
10:17
Qarabağ
KOMMENTLƏR
Xalidə Bayramova vəzifəsindən AZAD EDİLDİ
İcra başçısının müavini saxta peyvənd sənədi tələb edib - RƏSMİ
Xalidə Bayramova vəzifəsindən niyə azad olunmur?
Diktor gəlinini və nəvəsini qəbul etmir: "Oğlum bir gecənin bədnamı olub"
Biləsuvar icra başçısının həbsi ilə bağlı yeni detallar – Saxlanılanlar kimlərdir?
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev