XXI əsrdir ee, Veysəloğlu …
Biz də çox istəyərdik ki, milli şirkətlərimiz olsun.
Müstəqilliyimizin ilk illərindən fəaliyyətə başlayan milli şirkətlərimizdən biri də Veysəloğlu MMC-dir.
Sözün düzü, biz də çox istəyərdik ki, bizim millətin və dövlətin də dünyada BREND-ləri olsun.
Necə ki, almanlar Mercedes-lə öyünür və digər millətlərin də fəxr etdiyi məhsullar-brendlər var..
Kaş ki, Veysəloğlu-nun rəhbərliyi də bizim bu səmimi istəyimizi, milli təəssübkeşliyimizi başa düşəydi.
Bizim heç bir milli şirkətimizlə davamız yoxdur.
Amma nə edək ki, müstəqil Azərbaycan dövlətinin ilk illərindən, yəni 1994-cü ildən fəaliyyət göstərən, ölkəyə qida məhsulları idxal edən Veysəloğlu şirkətlər qrupu millətimizin gələcəyinə uyğun fəaliyyət göstərmir.
Birincisi, buyurun Araz, Oba və digər şəbəkələrinizə nəzarət edin. Məhsulların üstünün tozunu alan yoxdursa, siz nədən danışa bilərsiniz ?
Cənab Veysəloğlu ! Sənin şirkətində qalıq pul əvəzinə 2 ədəd kibrit ( spiçka)-filan qaytarırlarsa, hansı milli brenddən danışa bilərik ?
XXI əsrdir ee, Veysəloğlu !
Cənab Veysəloğlu !
Sizin marketlərdə balıq məhsullarının son istifadə müddəti ilə bağlı məlumat yoxdur. Bu çox təhlükəli məsələdir. Və dəfələrlə sizin işçilərə demişik ki, bizim sizin şirkətə qarşı pis niyyətimiz yoxdur, bu səhvi aradan qaldırın. Çünki bu səhv insanların ölümünə səbəb ola bilər.
Və bunu mətbuata da çıxarmadıq. Dəfələrlə bu olub.
Cənab Veysəloğlu !
Bir dəstə yazı-pozu adamını avtobuslara doldurub Qəbələyə aparmaq ciddi şirkətə yaraşan hal deyil.
Biz istəyərdik ki, bizim milli şirkətlərin sözün həqiqi mənasında ciddi reklamı olsun.
Təəssüf ki, bu gün reklam bazarı da kimlərinsə əlindədir.
Yəni sözümüzün canı odur ki, bizim bir media olaraq sizə mənfi münasibətimiz yoxdur. Bizim, ümumiyyətlə, heç kimə mənfi münasibətimiz yoxdur.
Biz bir vətəndaş və bir istehlakçı olaraq sizdən soruşmaq istəyirik ki, sizə məxsus “ Ulduz “ fabrikində istehsal olunan şokoladlarla bağlı ölkə mediasında yayılan məlumatdan xəbəriniz yoxdur?
Cənab Veysəloğlu !
Barı, şokoladınızdan çıxan “qurd”lara baxın də.
Sonda onu demək istəyirik ki, ağsaqqallara hörmət və ehtiram bizim milli BREND-imizdir.
Veysəloğlu, amma bundan yeri gəldi-gəlmədi istifadə sonda sual yaradacaq:
Sən özün hardan gəlmisən ?
Dövlət vergi Xidmdəti və Qida Agentliyi niyə "Veysəloğlu"da yoxlama aparmır ?-Bu şirkətin arxasında hansı yüksəkçinli məmur dayanır ?
11
may
18:51

Qarabağ
KOMMENTLƏR
Veysəloğlunun “Oba”sında qiymət fırıldağı- Vitrindəki qiymətlə kassada hesablanan məbləğ arasındakı fərq kimin cibinə gedir ?
"Veysəloğlu”nun idxal etdiyi toyuq qiyməsi yararsız çıxdı
“Veysəloğlu” şirkətində yeyinti aşkarlanıb - TƏFƏRRÜAT
"Veysəloğlu"nun şirniyyatı təhlükəlidir... - FOTOFAKT
Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan şirkətlər “YAŞAT” Fonduna 1 milyon manat köçürdü
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat