Veysəloğlu Şirkətlər Qrupu Qarabağ müharibəsindən zərər çəkmiş ailələrə dəstəyini davam etdirir.
Şirkətlər Qrupu və ona daxil "Veysəloğlu MMC”, "ARAZ” supermarketlər şəbəkəsi, "OBA” marketlər şəbəkəsi, "ULDUZ” şokolad fabriki tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan "YAŞAT” Fonduna yardım məqsədilə 1 milyon manat vəsait ianə edilib.
Xatırladaq ki, Qarabağ uğrunda Vətən müharibəsi başlayandan Veysəloğlu Şirkətlər Qrupu dövlətimiz, xalqımız, ordumuz üçün bütün imkanlarını səfərbər edib və bir çox dəstək layihələri həyata keçirib.
Belə ki, qrupa daxil olan şirkətlər tərəfindən müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsi və digər məqsədlər üçün yüzlərlə avtomobil şinləri, taxta paletlər, eyni zamanda hərbi səfərbərlik şəraitində istifadə edilməsi üçün onlarla nəqliyyat vasitəsi hərbi hissələrə və müvafiq dövlət strukturlarına təhvil verilib.
Şirkətlər Qrupu müharibədə zərərçəkmiş ailələrə dəstək məqsədilə Ağcabədi və Bərdə rayonlarında təmas xəttində yaşayan mindən artıq ailəyə humanitar yardım göstərib.
Bundan öncə Şirkətlər Qrupu tərəfindən ordumuza dəstək çərçivəsində Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürülüb.
Veysəloğlu Şirkətlər Qrupu ayrıca olaraq korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində ölkə üzrə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə dəstək məqsədilə həyata keçirdiyi çoxsaylı layihələrinin icrasını da davam etdirir.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunun 637 əməkdaşı Qarabağ uğrunda 2-ci Vətən müharibəsində iştirak edib. Onlardan 12 nəfəri torpaqlarımızın azad olunması uğrunda aparılan döyüşlərdə qəhrəmancasına şəhid olub, 1 nəfər itkin düşüb.
Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan şirkətlər “YAŞAT” Fonduna 1 milyon manat köçürdü
16
dekabr
23:14
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev