Atalar sözü, müdriklərin deyimi, yüz illərin, bəlkə də min illərin o tayından gəlir. Yəni bu sözlər zamanın sınağından çıxaraq günümüzə gəlib çatıb. 
Əlbəttə, hər kəs öz günahına görə məsuliyyət daşıyır, ata öz günahına görə, oğul öz əməlinə görə. Hüquq elmində də kiminsə günahına görə cəza yoxdur. Amma, bir mənəvi yük, mənəvi məsuliyyət də var. Axı, hər şey təkcə cinayət məcəlləsi ilə tənzimlənmir. 
Ona görə də,  türk qardaşlarımızın  babaları deyib: “ Anan sarımsak, baban soğan, nerden çıktın sen oğlan”. 
Bizim atalarımız da  yaxşı deyib: “ Atan soğan, anan sarımsaq, sən hardan oldun belə  gülməşəkər”. 
Bütün bunları nə üçün xatırladırıq. 
Sözümüz  Azərbaycanda  ən böyük bankirlərdən biri olan, milyonların sahibi, milli bank sisteminə “şapka”  anlayışını gətirmiş, Məmməd  QURBAN oğlu  Musayevədir. 
Cənab “Şapka Mamed” !
Sən  uzun müddət bank sektorunda rəhbər vəzifələrdə çalışaraq vətəndaşlara  verilən kreditlərin hamısından “şapka” almısan. 
Sənin korrupsiya  əməllərin barədə sabiq Baş prokuror Zakir Qaralova yazılan şikayətləri bir yerə yığsalar böyük təpə yaranar. Amma heç bir nəticə olmayıb.
Savadlı bank mütəxəssisləri bilir ki, sən  qeyri-peşəkar, səriştəsiz bank rəhbəri olmusan  və həmişə öz mənfəətini güdmüsən. 
Əslində dostun, Beynəlxalq bankın rəhbəri Cahangir Hacıyev həbs ediləndə  sən də  həbs olunmalı idin. 
Sən bu gün neçə bankla şəriksən. Sahibi olduğun  “Turanbank”ı oğlun Fuad Musayev idarə edir. 
Vaxtilə problemli kreditləri olanların qapısına  “qoçu dəstələri” göndərmisən. Bütün bunlar bir yana..
Bəli, QAPI-sına…QOÇU dəstəsi göndərmisən..
Bəs sizin  qapıya kimlər gəlmişdi, sən uşaq olanda ?
Onda hələ Şapka Mamed deyildin. 
Yuxarıda qeyd etdik ki, bank sistemindəki əməllərini buraxdıq hüquq- mühafizə  orqanlarının üzərinə. 
Amma cəmiyyətin də bir QINAMAQ  və sonda eldən dışarı etmək, kənddən QOVMAQ  gücü var. 
Şapka Mamed !
 Başa düşürük ki, hər kəsin doğması özünə əzizdir. Amma  mənəvi axsaq adamdan, kənddən qovulan müəllimdən, kiminsə ailəsinə ləkə gətirən pedoqoqdan, nə bilim ailə başçısından EL AĞSAQQALI qayırmaq, QƏHRƏMAN düzəltmək olmaz. 
Məmməd Musayev,  sənin atan  Qurban müəllimlə  hamı kimi qürur duymaq, fəxr etmək istəyini anlayırıq. Amma təkrar edirik ki, hər kəsin öz yeri var. 
Atanla bağlı tədbirlər keçirmək, kitablar yazdırmaq-filan məsələlər başa düşülən deyil. Axı, atalar deyib ki, cidanı çuvalda gizlətmək olmaz. 
Ay Məmməd müəllim, “Mən belə Qurbanam” kitabından  neçəsini  yazdırsan da faydası yoxdur. 
Bəlkə atan Qurban müəllimə Qazaxda heykəl qoydurasan ? 
Sən nə qədər çalışsan da,  bu LƏKƏ-ni silə bilmərsən, Məmməd müəllim. 
Axı, Qurban müəllimi ağır Qazax eli tanıyır…
Bəzi müxalifətçilər öz  muzdur dədələrindən bəy düzəldən kimi, sən də  Qurban müəllimdən az qala qəhrəman Qatır Məmməd düzəltmək istəyirsən. Unutma və Qatır Məmmədlə Qotur Məmmədi səhv salma, Məmməd müəllim. 
Növbəti yazıda Kommunist qəzetində dərc olunan “Ləkə” poemasından nümunələr dərc edəcəyik.
скачать dle 12.1