350 minlik avtomobili qızına sən bağışlamısan, Şəmsəddin Hacıyev ?
Bəs sən kimsən, cənab Seymur Orucov ?
Ağstafanın başçısı Seymur Orucovun xanımı,''MİLYONÇU REKTOR''un qızı Çeşmi Hacıyeva 350 minlik zirehli avtomobili ilə yeni işinə gedəcəkmi ?
Kamal Abdulla yaxın dostunun qızına necə və niyə vəzifə verdi ?
Bu gün Şəmsəddin Hacıyevin qızı,Seymur Orucovun həyat yoldaşı Çeşmi Hacıyeva Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın multikulturalizm məsələləri üzrə müşaviri təyin olunub.
Gundelik-baku.com-un ötən saylarında Çeşmi Hacıyevanın 350 minlik zirehli avtomobillə işə gedib gəlməsi ilə bağlı geniş yazımız olmuşdu. Və cəmiyyət tərəfindən heç də normal qarşılanmayaraq böyük qınaq obyektinə çevrilmişdi. Vətəndaşlar hətta Çeşmi Hacıyevanın həyat yoldaşı Ağstafa rayon icra hakimiyyətinin başçısı Seymur Orucovun vəzifədən azad olunmasını, Çeşmi Hacıyevanın atası Şəmsəddin Hacıyevin REKTORLUQ fəaliyyətinin araşdırılmasını, yediyi milyonları üzə çıxararaq həbs olunmasını arzu etmişdilər.Şəhərin ən bahalı yerlərində istirahət edən loru dildə desək şəhərin dadını çıxaran Çeşmi Hacıyevaya insanlar həsəd aparır. Dəyəri 10 minlərlə hətta 100 minlərlə ölçülən dünyada sayılı sayda buraxılan paltarların Azərbaycanda tək sahibi Çeşmi Hacıyeva olduğu söylənilir...
Axı Çeşmi Hacıyevaya başa salan yoxdu ki bu ÖLKƏ yiyəsiz deyil.
Azərbaycanın Prezidenti və vitse-prezidenti var...
İndi gələk əsas məsələyə.
Kamal Abdulla keçmiş rektor yoldaşı Şəmsəddin Hacıyevin qızını özünə müşavir təyin edib.
Kamal Abdulla bu o deməkdir ki, deyilənlər doğrudur ?
Sən Azərbaycan Dillər Universitetini öz obyektin kimi idarə edirsən ?
Səni o vəzifəyə Prezident İlham Əliyev etimad göstərərək təyin edib və sən o etimaddan sui-istifadə edirsən. Son addımın da sübut oldu.
Çeşmi Hacıyevanın təyinatını nəyin müqabilində vermisən ?
Çeşmi Hacıyeva sənin bu gün verdiyin təyinatı ay yarım qabaq öz yaxın dostları ilə qeyd etmişdi. Bu necə ola bilər axı ?
Bu o deməkdir ki, Azərbaycan Dillər Universitetində vəzifələr satılır ?
Bu dövləti-cinayətdir.
Deyilənlərə görə Şəmsəddin Hacıyevin Kamal Abdullaya günaşırı zəngində bizim uşağın işi noldu sualına yaxın günlərdə həll olacaq cavabı verirmişsən.
Qismət bu günəydi ?
/Gundelik-baku.com/
Ağstafanın başçısı Seymur Orucovun xanımı,''MİLYONÇU REKTOR''un qızı Çeşmi Hacıyeva 350 minlik zirehli avtomobili ilə yeni işinə gedəcəkmi ?
01
iyun
15:52
Qarabağ
KOMMENTLƏR
İcra başçısı Seymur Orucovun biznesmen xanımının 115 min manatlıq qaz borcu - Bağça müdirəsi necə biznesmen olur ?
Ağstafanın 35 yaşlı başçısının MİLYON-larla dəyəri olan sərvətləri-350 minlik maşın, bağ evləri, obyektlər hansı pulla alınıb?
Ağstafanın 35 yaşlı başçısının etimad limiti tükənir-Bahalı mənzillər, bağ evləri kimindir ?
Ağstafada KÖHNƏ HAMAM, TƏZƏ TAS və təzə icra başçısı Seymur Orucov...- Seymur Orucov 25 yaşında qaynatasının NARXOZ-unda necə prorektor olub?
Təzə icra başçısı Seymur Orucov Ağstafanı “qaşıyır”- Deyəsən Seymur Orucovu da həbs olunan Nizaməddin Quliyevin aqibəti gözləyir.
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı