Bazarlarda heç bir laboratoriya yoxdur ...
Vaxtilə, Kənd Təsərrüfatı nazirliyinin tabeçiliyində Dövlət Baytarlıq Nəzarəti Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidməti fəaliyyət göstərirdi.
Məlumat üçün qeyd edək ki, baytarlıq xidməti heyvan mənşəli ( ət, süt, qatıq, pendir, balıq, ov quşları və s ), fitosanitar xidməti isə bitki mənşəli məhsullara nəzarət edirdi.
Təsəvvür edirsiniz, fitosanitar xidmətinin icazəsi olmadan 1 ədəd gül-çiçək gül köşkündə satıla bilməzdi. Nəinki gül , hətta ölkəmizə idxal olunan taxta materiallarına da nəzarət olunurdu ki, taxtanın üstündə zərərli bitki həşəratı olmasın.
Bunu detallı yazmaqda məqsədimiz odur ki, insanların sağlamlığı hər mənada qorunurdu.
Axı, bazarda satılan xəstə heyvan əti, bir neçə günün ərzində insanlarda ağır qara yara, brüsülyoz kimi ağır xəstəliklər yarada bilər. Bu gün çoxları covid virusundan qorxur, amma bilmirlər ki, qara yara, brüselyoz xəstəlikləri covid virusundan daha qorxuludur.
Bəs onda kimin təklifi ilə bu qurumlar ləğv olundu. Və bütün səlahiyyətlər Qoşqar Təhməzlinin QİDA agentliyinə verildi. Olsun, bizim nə Qoşqarla, nə də QİDA ilə davamız yoxdur. Davamız millətin gələcəyi, insanlarımızın sağlamlığıdır.
Baxın, küçələrdə satılan ətə, heyvan cəmdəklərinə, şora, pendirə baxın, səkinin üstündə. XXI əsrdə bunu görənlər bizim gorumuza söyər e. Gələcək nəsil bu küçə nemətlərini yeyib xəstəlik tapacaq. Yaxud səkilərin üstündə satılan meyvə-tərəvəzə baxın.
Dönərxanalarda satılan at-eşşək ətinə baxın. Ona kimlər nəzarət edir ?
Bəs o boyda nəzarət xidmətlərini ləğv edəndə nə fikirləşirdiniz?
Axı, cənab Prezident İlham Əliyev cənabları hər məsələyə vaxt ayıra bilməz. Bu fiziki cəhətdən mümkün deyil.
Bəs siz hara baxırsınız, ey aqrar sahənin alimləri, hara baxırsınız, Aqrar Universitetin professorları, hara baxırsınız cənab keçmiş və indiki nazirlər ?
Deyəsən, gec də olsa, sağlam qüvvələr problemi başa düşdü. Və son məlumata görə, Kənd Təsərrüfatı nazirliyinin nəzdində Aqrar Xidmətlər Agentliyi yaradılıb. Və yuxarıda qeyd etdiyimiz sahəni əhatə edən qurumlar yaradılır.
Hətta hər rayonda AQX-nin rayon, ərazi qurumları olacaq.
Bizdə media olaraq bu məsələni gündəmdə saxlamağa çalışacağıq.
Biz iddia etmirik ki, Baytarlıq və Fitosanitar Xidmətləri fəaliyyət göstərəndə hər şey əla idi. Yox. Sadəcə, bu sahəyə görə məsuliyyət daşıyan qurumlar var idi. Yəni yaxasından yapışmağa qurum var. /Gundelik-baku.com/
Qara yara, brüselyoz xəstəlikləri COVİD virusundan daha qorxuludur...- Baytarlıq və Fitosanitar Nəzarəti niyə ləğv olundu ?
01
iyun
20:14
Qarabağ
KOMMENTLƏR
Bazarlarda mənşəyi məlum olmayan ət, iylənmiş balıq, göyərmiş şor satılır- Yediklərimizə isə Qoşqar Təhməzli və Seymur Mövlayev nəzarət edir...
Qoşqar Təhməzlinin QİDA-sı öz işinin öhdəsindən gələ bilmir- Belə davam eləsə, qara yara, brüselyoz kimi xəstəliklər yayılacaq...
Rusiyanın qoyduğu qadağa araşdırılır - AQTA
Azərbaycan Rusiya ilə danışıqlara başlayır - pomidor ixracı bərpa olunur
Rusiya Azərbaycandan alma və pomidor idxalına QADAĞA QOYDU
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı