Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hazırda Rusiyanın Azərbaycandan pomidor və alma idxalına qoyulmuş qadağa ilə bağlı məsələni araşdırır.
Bunu AQTA-dan bildiriblər.
Qeyd olunub ki araşdırmanın nəticəsi ilə bağlı yaxın zamanlarda ətraflı məlumat veriləcək.
Xatırladaq ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Azərbaycandan dekabrın 10-dan başlayaraq pomidor və alma idxalına qadağa qoyulması barədə qərar qəbul edib.
Qərarda bildirilir ki, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkar edilib və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Bu baxımdan, fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Xidməti 10 dekabr 2020-ci ildən etibarən Azərbaycan istehsalı olan pomidor və almaların Rusiyaya idxalını qadağan etmək məcburiyyətində qalıb”.
Rusiyanın qoyduğu qadağa araşdırılır - AQTA
09
dekabr
19:07

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat