Azərbaycanda illərdir ki, tekstil bazarında belədir – Türkiyədən və Çindən ölkəyə gətirilən paltarlar mənşə ölkələrindən “su qiymətinə” alınır, Azərbaycanda isə qızıl qıymətinə satılır. Məsələn, siz Türkiyədə Azərbaycan manatına çevirəndə 10 manata aldığınız pencəyi Bakıda brend malların satışını təşkil edən məşhur mağazalarda çox baha, hətta 1000 manata da satılmasının şahidi ola bilərsiniz. Bu tekstil bazarında istehlakçıların hüquqlarının qanunun tələb etdiyi şəkildə qorunmamasının təzahürüdür.
Gundelik-baku.com bildirir ki, “LC Waikiki Azərbaycan”ın satış nöqtəsində də eyni vəziyyətdir. Malların sertifikatı yoxdur. Satış meneceri deyir ki, satdıqları mallar brend mallardır, hər birinə aid də sertifikat var. Sadəcə, həmin sertifikat baş ofisdədir.
Ancaq ölkədə satılan tekstil malların sertifikatı heç bir mağazada yoxdur. Malların mənşəyi haqda məlumat da verilmir.
Yaxınlıqdakı asılqandan götürdüyü şalvarı satıcıya göstərən müştəri “bu hansı ölkənin malıdır” sualını ünvanlayır. Satıcı şalvarı alıb iç üzündəki etiketdən həmin məlumatı oxumağa çalışır. Lakin çətinə düşdüyünü görüb malı asılqana qaytarır.
Əslində stehlakçı hansı mağazadan şalvar, köynək, parfüm, ayaqqabı alırsa, həmin malın sertifikatı da məhz həmin mağazada olmalı, alıcı tələb etdikdə satıcı həmin sertifikatı təqdim etməlidir. Alıcının satıcıdan malın ilkin alış qiymətini təsdiq edən sənədi alıb baxmaq, öyrənmək hüququ da var. Azərbaycanda qanunlar gözəldir, lakin icrası ilə bağlı çox ciddi problemlər var. Nəzarət etməli qurumlar da çox vaxt qanunların icra olunmamasına şərait yaradırlar.
Ucuz malları brend adı ilə baha satan mağazalar- SAXTAKARLIQ
10
iyun
19:47
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev