AXC-yə sponsorluq edən “Qozbel” sonradan “siyasi çətir”ini dəyişdi
Ötən əsrin 90-cı illərində Azərbaycanda xeyli sayda iş adamları, sahibkarlar, biznesmenlər, bank sahibləri parlamağa başladı. Düzdür, onların bir çoxu rəqabətə davam gətirməyib sıradan çıxdı, ya da siyasi burulğanlarda yox oldular.
Digər bir maraqlı cəhət odur ki, həmin biznesmenlər özlərini reklam etməyi çox sevirdilər. Ancaq onların arasında biri özünü “reklamdan uzaq saxlamağa” çalışırdı, yəni “gözdən uzaq olmaq” taktikasını seçmişdi.
Bu adam öz çevrəsində “Qozbel İman” kimi tanınan İman Quliyevdir.
İman Quliyev əslən Naxçıvanlıdır və 90-cı illərdən öz biznes şəbəkəsini qurmağa başlayıb.
Yeri gəlmişkən, onu da qeyd edək ki, İman Quliyev zamanında AXC hakimiyyətinin sevimli şəxslərindən və maliyyə dayaqlarından biri olub. Və daha çox AXCP sədri Əli Kərimli ilə yaxın olub. Ancaq sonradan siyasi burulğanda səmti düz tutaraq hakimiyyətin çətiri altına keçib.
Qısaca onu bildirək ki, İman Quliyevin bir neçə nazirlə qohumluq əlaqələri olub, hətta İman Quliyevin qardaşı Telman Quliyev 2009-2010-cu illərdə Qax Rayon İcra Hakimiyyətinin başçısı işləyib. Hal-hazırda Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.
Sözün qısası, biznesmen İman Quliyev mətbuatdan və cəmiyyətdən nə qədər gizlənməyə çalışsa da, İsmayıllıdakı 3 nəfərin faciəli ölümündən sonra media İman Quliyevi tapıb, aşkarlaya bildi.
Belə ki, İsmayıllıda 3 nəfərin faciəvi şəkildə öldüyü “Green House” istirahət mərkəzinin sahibinin kim olduğu araşdılırakən bəlli oldu ki, istirahət mərkəzi İman Quliyevə məxsusdur. Sonra bəlli oldu ki, “Green House” istirahət mərkəzi “Nyu Sfera-Turizm” MMC-yə məxsusdur. “Nyu Sfera-Turizm” şirkəti isə nəhəng “Nyu Sfera” şirkətlər qrupuna daxildir.
Şirkətlər qrupunun prezidenti isə “Qozbel İman”dır.
Beləcə böyük bir biznes imperiyasının sahibi üzə çıxdı.
Bəli, “Xalqlar Dostluğu” yarmarkası, “Romance palace” şadlıq evi, “Şərq Saray” restoranı, Xətai və Nizami rayonlarının ərazisində çoxsaylı ticarət obyektləri İman Quliyevə məxsusdur.
Bundan əlavə İman Quliyev Xətai rayonu, İnqilab İsmayılov küçəsi 4, 5, 6 saylı binaların həyətində yerləşən, təqribən 60 sot yaşıllıq zonanın məhv edərək öz şəxsi əmlakına çevirib.
Görəsən, həmişə iş otağında mərhum Heydər Əliyevin və cənab İlham Əliyevin şəkillərini asan İman Quliyev niyə Ulu Öndərin yaşıllıqlarla bağlı tarixi sözünü unudur: ”Bir ağacın budağı kəsiləndə, elə bil qolumu kəsirlər”.
Bəli, Bakıda “tolkuçka” biznesi ilə fəaliyyətə başlayan İman Quliyev sonradan Bakıda, Nizami rayonu ərazisində xeyli yaşayış binaları tikib.
Azərbaycan İman Quliyevə darlıq etdiyi üçün sonradan biznesini Ukraynada davam etdirib. Və Kiyevdə Svyatoşinski rayonu, Sofiyevskaya Borşaqovka kəndində “Sofievskaya Sfera” Yaşayış Kompleksini inşa etdirib.
Hazırda İman Quliyevin mülkiyyətində çoxmərtəbəli “Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda 3 şadlıq sarayı (“Romance Palace-1”, “Romance Palace-2”, “Şərq Saray”, “Yay” restoranı, İsmayıllıda “Green House”, rayonun ərazisində Sumağallı kəndi yaxınlığında 2 hektar ərazisi olan istirahət və turizm mərkəzi, kompleksdə 3 ədəd üçmərtəbəli kottec tipli ev, 6 ədəd birmərtəbəli taxta kottec, eləcə də 180 yerlik restoran, açıq hovuz, idman və əyləncə qurğuları var.
Bundan əlavə İman Quliyev Bakının Suraxanı rayonu ərazisində 1050 mənzildən ibarət “Yeni Zığ Yaşayış Kompleksi” inşa etdirib.
Ukraynada eyni zamanda İman Quliyevin 180 tonadək taxıl üyüdə bilən dəyirmanları, bağçaları var.
Ukraynadakı biznesini oğlu Araz Quliyev idarə edir.
Sözün qısası, İman Quliyev nə qədər gizlənməyə çalışsa da, gözdən uzaq olmaq istəsə də media İmanı tapıb ortaya çıxardır.
Görəsən, Vergilər Dövlət Xidməti niyə bircə dəfə İmanın biznes imperiyasını yoxlamır? Bu boyda şəbəkə görəsən vergidən hər il neçə milyonu gizlədir ?
Bəli, bircə qalır İmanın qozbelini düzəltmək. O isə bizlik deyil. Yəqin ki, milyonlarla vergidən yayınan İmanı maskalılar gəlib aparıb belini düzəldəcək. /Gundelik-baku.com/
“Qozbel İman”ın biznes imperiyası...- İman Quliyevin şirkətləri vergidən nə qədər yayınır ?
30
iyul
10:15
Qarabağ
KOMMENTLƏR
Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır - İMAN NAĞIYEV DÖNƏMİ BİTİR
Karantin vaxtı toy mərasimi keçirilən “Romance palace”ın sahibi İman Quliyev kimdir ? - Real TV-nin sahibi ölkə qanunlarını niyə pozur ?
Nazir Ramiz Mehdiyevin qohumuna yeni vəzifə verdi
Xocavənddə mülki şəxs minaya düşdü
Bakı Apellyasiya Məhkəməsinin sədrliyinə daha bir iddialı - NOVRUZ KƏRİMOVUN İSTƏYİ BAŞ TUTACAQMI?
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı