Bir müddət öncə kompleks yoxlamalardan sonra vəzifəsindən çıxarılaraq sərəncama götürülən Suraxanı RPİ 31-ci Polis Bölməsinin sabiq rəisi, polis polkovnik-leytenantı İman Mehdiyevə yeni vəzifə verilib.
Bakısəsinin məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İman Mehdiyev nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin Bölmə rəisi vəzifəsinə təyin edilib.
Xatırladaq ki, bir müddət öncə Suraxanı RPİ-yə rəis təyin edilən Süleyman Nemətov idarəyə kompleks yoxlama çağırıb və nəticədə bir sıra yüksək rütbəli polislər vəzifədən çıxarılaraq sərəncama götürülmüşdü. Onlardan biri də 31 Polis Bölməsinin rəisi İman Mehdiyev idi.
İ.Mehdiyevin AMEA prezidenti Ramiz Mehdiyevin qohumu, qardaşı oğlu olduğu bildirilir. (Qafqazinfo.az)
Nazir Ramiz Mehdiyevin qohumuna yeni vəzifə verdi
01
mart
11:16

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat