Onun milyonluq arabası və 28 min 500 dollar dəyərində motoskleti var…
Ədalət Şükürov müsahibələrində mətbuatı, medianı, jurnalistləri, saytları əməlli-başlı yıxıb-sürüyür, qələm əhlini peşəkar olmamaqda, savadsızlıqda günahlandırır.
Bu adamın özünə deyən lazımdır ki, sən özünü peşəkar hesab edirsənmi ?
Bir anektod var ee…deyir, Alış, nəyinən..
Onun sözü olmasın, ay Ədalət, sən hansı səsinlə, hansı mahnınla özünü peşəkar hesab edirsən ?
Hələ üstəlik mətbuatı da topa-tüfəngə tutursan. Adam da bir ayıb hissi olar.
Sözün qısası, bu adam özünü alim hesab edir. Bəli, kağız üstündə Ədalət Şükürov Baltik Turizm və Biznes Akademiyasında aspirantura oxuyub, hətta elmi iş müdafiə edərək iqtisad elmləri namizədi, alim olub. Belə məqamda deyirlər, dağıl, ay dünya.
Görəsən, iqtisad alimi olan Ədalət Şükürov, elementar iqtisadi teminləri bilirmi ?
Bu adam özünü rejissor hesab edir.
Hanı sənin bir alababat əsərin, ay Ədalət ?
Bu adam haqqında söhbət düşəndə, nəsə adamın yadına, “Kişidi bu…buğları da var” sözləri düşür. Niyə..?
Bu adam sosial şəbəkədə bir fikir paylaşıb. Deyir ki, fb səhifələrinizdə uşaqlarınızın şəklini qoymayın, ayıbdır, mən belə adamları qınayıram.
Birincisi, sosial şəbəkə bütün dünyanın reallığıdır və həyatımızın bir parçasına çevrilib. Və atanın, yaxud ananın öz övladının şəkilini öz səhifəsinə qoyması, nə vaxtdan ayıb hesab edilir ?
Ayıb sənə olsun, ay Ədalət Şükürov.
Sən guya millətə kişilik, mənəvi dəyərlər dərsi keçmək istəyirsən ?
Yığışdır, bu boş, mənasız söhbətlərini.
Ümumiyyətlə, sənin bu yekəbaş hərəkətlərin cəmiyyətdə ikrah hissi doğurur.
Təsəvvür edirsiniz, Bakı Nəqliyyat Agentliyi ( BNA) bu adam haqqında rəsmi məlumat yayır ki, 11 dəfə qaydaları kobud şəkildə pozub.
Ədalət Şükürov isə dövlət qurumunu necə gəldi təhqir edir.
Adam, sən kimsən ki, qurumu fəaliyyətsilikdə ittiham edirsən ?
Bu adamda özündən bir razılıq, müştəbehlik var.
Səsi olmaya-olmaya, şit, bayağı səsi ilə toylar müğənnisinə dönüb. Özü də toylara nə az, nə çox, 5-12 min manat qiymətinə gedir.
Birincisi, görəsən öz şad gününə Ədalət Şükürovu dəvət edib, 10 min manat verənlər nə düşünür ?
Görəsən bu adamların elementar musiqi zövqü varmı ?
Yaxşı, adamlar bunu başa düşmür. Bəs özünü sənətkar-ustad hesab edən Ədalət Şükürov başa düşmür ki, insanların musiqi zövqünü korlayır ?
Ədalət Şükürov deyir ki, BNA ancaq pul yığmaqla məşğuldur .
Bəs, sən nə yığırsan toylardan, ay Ədalət Şükürov ?
Ədalət Şükürov koronavirusla bağlı Operativ Qərargahın üzvlərinə də ağıl öyrədir, dərs keçir.
Bu adam başa düşümr ki, Operativ Qəragah ölkə başçısının birbaşa nəzarətindədir və xalqımızı pandemiyadan xilas etmək üçün çalışırlar.
Bu adam öz məlahətli səsi, mahnıları ilə deyil, ancaq bahalı avtomobilləri ilə gündəmdə qalır.
Bu yaxınlarda təzə aldığı, 28 min 500 dollar qiyməti olan motosikletini sosial şəbəkədə nümayiş etdirib.
Adama deyərlər, bu motosikleti hansı pulla almısan ?
Ümumiyyətlə, hər toydan 10 min qazanan Ədalət nə qədər vergi ödəyir ?
Ədalət Şükürov deyir ki, mən öz halal zəhmətimlə pul qazanıram, kiminsə pulunu oğurlamıram, haram yolla pul əldə etmirəm, KÜTLƏ elə bilir mən səhər yuxudan durur, bəzənib-düzənib çıxır efirə...
Xalqa KÜTLƏ demə, KÜT sənin özünsən ki, millətin musiqi zövqünü korlayırsan, ey Ədalət Şükürov. /Gundelik-baku.com/
Rejissor, rəssam, biznesmen, alim, dizayner, Ədalət Şükürov- Və bircə oxumağı bacarmayan, səsi olmayan müğənni Ədalət Şükürov
02
avqust
15:27
Qarabağ
KOMMENTLƏR
“Oktyabrın 20-dən sonra toylar başlayacaq“ - Ədalət Şükürov
Ədalət Şükürov həmkarlarını qınadı: “Bayraqdan paltar geynmək olmaz“ - Video
Haman “Narxoz “, haman Ədalət Muradov-ADİU-da imtahan qiymətləri neçəyədir ?
Qəbələdə müəllim özünü ASDI
SOCAR-ın prezidenti, yoxsa Lift idarəsinin müdiri?- Rövnəq Abdullayevin LİFT BİZNESİ....
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı