“Bakının ən talesiz rayonu Xətaidir. Dörd deputatdan ikisi yoxdur. 33 və 35 saylı seçki dairələrinin nəticələri ləğv edilib, birinin də (34 saylı) deputatı rusdur – Mixail Zabelin. Bu yekəlikdə rayonun bütün sakinlərinə millət vəkilliyi etmək Qüdrət Həsənquliyevin üzərinə düşür”. Reportyor.info xəbər verir ki, bu sözləri jurnalist Anar Niftəliyev yazıb. O, Q.Həsənquliyevə çağırış edib: “Keçmiş icra başçısı Razim Məmmədov bu ərazini qarış-qarış satıb, yeni gələn başçı Rafiq Quliyev də heç nə etmir. 269 saylı məktəbin düz girişində yeni göydələnin tikintisinə hazırlıq gedir”. A.Niftəliyev deyib ki, yol yoxdur, yandakı binaların həyətindən təzə göydələnə giriş qoymaq istəyirlər: “Yandakı 4 binanın özünün həyətində addım atmağa yer yox, maşın saxlamaq üçün axşamlar qırğın gedir. Maşınları artıq Gəncə prospektində park edirlər. Park demişkən, ərazidə park yoxdur. AMEA-nın ərazisi idi, ağaclar, yaşıllıq. Kəsib-töküb iç-içə binalar tikirlər. Bir başında da 7 bina tikildi – deyilənə görə, o binalar Prezident Administrasiyasında çalışanlar üçündür. Amma satışa da çıxarılıb. Nəsə, olan olub. İndi 11 binanın cəmi bir balaca nəfəsliyi var, məktəbin üstü, indi oranı da dağıtmağa hazırlaşırlar”. Halbuki balaca, kiçik bir park kimi etmək olardı, heç olmasa, uşaqlar düşüb oynasın hərdən, daha şəhərə qaçmağa məcbur olmasınlar. Yeniləri də düzələn deyil, bizim başçıların gözü və mədəsi doyub-dolan deyil”.
Xətainin başçısı məktəbin girişini satıb – Jurnalistdən ittiham
22
iyun
00:12
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev