Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Bakisesi.com xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, departament və şöbə rəhbərləri, Qarabağ müharibəsi veteranları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Zəngilan rayonundan olan ziyalılar, "SABAH” qrupunun zəngilanlı tələbələri iştirak ediblər.
Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Zəngilanın işğalına səbəb olan amilləri qeyd edərkən bildirib ki, dövlət müstəqilliyinin bərpası ərəfəsində və sonrakı ilk illərdə Azərbaycanda hökm sürən ictimai-siyasi, sosial-iqtisadi böhran, ordu quruculuğunun ləngidilməsi, düzgün xarici siyasət aparılmaması Ermənistanın hərbi təcavüzünün genişlənməsinə, Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərin işğalına şərait yaradıb. Zəngilanlılar uzun müddət təcavüzkara müqavimət göstərib, öz torpaqlarının müdafiəsində fədakarlıqla dayanıblar. Lakin ətraf əraziləri zəbt etmiş işğalçı qüvvələr 30 oktyabr 1993-cü ildə rayon mərkəzini ələ keçirdikdən sonra mühasirədən çıxmaq üçün zəngilanlılar Araz çayının o tayına, İran ərazisinə keçmək məcburiyyətində qalıblar. Zəngilanlıların daim minnətdarlıq hissi ilə qeyd etdikləri kimi, ulu öndər Heydər Əliyevin İran İslam Respublikası rəhbərlərinə müraciəti əsasında buna imkan yaradılması, onları soyqırımına məruz qalmaqdan xilas edib.
Diqqətə çatdırılıb ki, Ermənistanın təcavüzünün qarşısına sədd çəkilməsi və işğal etdiyi bəzi ərazilərdən çıxarılması xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin prezident kimi rəsmi vəzifəsinin icrasına başlamasından sonra dərhal cəmiyyətdə və orduda sağlam qüvvələri səfərbər edərək qətiyyətli hərbi-siyasi tədbirlər həyata keçirməsi nəticəsində mümkünləşib. 1994-cü ildə cəbhə xəttində atəşkəsə nail olunması isə müstəqil dövlətimizin bütün sahələrdə, o cümlədən hərbi quruculuqda mühüm uğurlar qazanmasına imkan verib. Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi son 15 ildə Azərbaycan regionun lider dövlətinə çevrilib, ordumuz güclənib, qüdrətlənib, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə tam hazır olduğunu praktiki cəhətdən göstərib. 2016-cı ilin aprel hadisələri, 2 min hektardan artıq ərazinin işğaldan azad edilməsi bunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizdə müharibədən əziyyət çəkən insanların xüsusi dövlət qayğısı ilə əhatə olunduğunu xatırladan komitə sədri bu sahədə ulu öndər Heydər Əliyevin başladığı işləri Prezident İlham Əliyevin davam etdirdiyini, o cümlədən məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet məsələ kimi müəyyənləşdirdiyini, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib. Qeyd olunub ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva da məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşır, qəzalı binalarda və ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin ilk növbədə yeni mənzillərə köçürülməsini şəxsən nəzarətdə saxlayır.
Tədbirdə Zəngilan rayon ictimaiyyətinin və ziyalılarının nümayəndələri çıxış edərək, onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür bildiriblər. Günbəgün güclənən Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa edəcəyinə inandıqlarını əminliklə qeyd edən tədbir iştirakçıları ölkəmizdə aparılan möhtəşəm quruculuq işlərinin tezliklə işğaldan azad olunacaq ərazilərdə, o cümlədən Zəngilanda da aparılmasını arzulayıblar.
Sonda Zəngilanın işğalına həsr olunmuş film nümayiş etdirilib.
"Qaçqınkom"da Zəngilanın işğal günü ilə bağlı tədbir keçirildi
29
oktyabr
21:50

Qarabağ
KOMMENTLƏR
Yeni layihənin icrasına başlanılır
Rəsmi Bakı fransız merlərin Qarabağa səfərini qınadı
Səfər Mehdiyevlə Mikayıl Cabbarov kollegiya iclası keçirdi
Hikmət Babaoğlu: Zatulinin mövqeyi Rusiyanın rəsmi siyasi mövqeyinə ziddir
Əflatun Amaşov: Zatulinin mövqeyinə daha çox erməni lobbiçiliyi də demək mümkündür
- İmamoğlunun həbsinin iqtisadiyyata vurduğu ziyan açıqlandı
- "Bu hesablamalar Azərbaycana və Ermənistana da təsir edir" - Trampın xüsusi nümayəndəsi
- "Bir gəlin bir nəsli bədbəxt edir" - Mətanət İsgəndərli
- Bakıda gələn aydan böyük söküntü başlayır
- "Newsweek": Trampın NATO-nu zəiflətmək üçün alyansdan çıxmasına ehtiyac yoxdur
- Putinin böyük planı açıqlandı
- Komissiya sədri: “Zelenskiyə təminat verilib, onun yerinə bu şəxs keçə bilər”
- Əkrəm İmamoğlu ikinci dəfə ifadə verir
- Bu gün üçüncü Qədr gecəsidir
- Ərdoğan Novruz bayramı münasibətilə İlham Əliyevi təbrik etdi