Şirvan şəhərində baş vermiş Xanəli Əzizovun əxlaqsız hərəkətləri ilə bağlı  2 gün öncə qəzetimizdə yazı dərc edilmişdir.Bu məsələ ilə bağlı  Şirvan şəhər İcra hakimiyyətinin başçısı İlqar Abbasova, Daxili İşlər Naziri Vilayət Eyvazova,Şirvan şəhər polis idarəsinin rəisi Hikmət Quliyevə və başqa instansiyalara müraciət olunmuşdur.Məsələyə Şirvan şəhər İcra hakimiyyətindən dərhal reaksiya verilmiş,adı çəkilən şəxsin vəzifədən çıxarılaraq haqqında ölçü götürülmüşdür.Qəzetimizə müraciət etmiş çoxsaylı Şirvan camaatı və Gündəlik Bakı qəzeti adından Şirvan şəhər İcra hakimiyyətinin başçısı İlqar Abbasova ,Daxili İşlər Naziri Vilayət Eyvazova,Şirvan şəhər polis idarəsinin rəisi Hikmət Quliyevə məsələyə anında reaksiya verdikləri üçün öz təşəkkürümüzü bildiririk.скачать dle 12.1