Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev nəhayət sükutu pozdu. O, son günlər barəsində səsləndirilən ittihamların əsassız olduğunu bəyan etdi....
Ramiz Mehdiyev yarıtmaz idarəetmə sistemi formalaşdırmaqda, rüşvət və korrupsiyanı çiçəkləndirməkdə, ölkənin ictimai-siyasi həyatını “zəhərləməkdə”, hakimiyyətin başlatdığı islahatları sabotaj etməkdə ittiham olunurdu. AMEA-prezidentini ittiham edənlər isə əsasən hakimiyyət düşərgəsinə yaxın şəxslər idi.
Ramiz Mehdiyev hələ Prezident Admnistrasiyasının rəhbəri olduğu dönəmdə də oxşar ittihamlarla üzləşib. Amma indiyə qədər bu tip ittihamları cavablandırmayıb. Bəs indi nə baş verib ki, AMEA prezidenti dilə gəlib?
Mövzunu Yenisabah.az-a şərh edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, Ramiz Mehdiyevin hədəfə gəlməsi və nəhayət, sükutu pozaraq ittihamlara cavab verməsi hansısa hakimiyyətdaxili ziddiyyətlərdən doğmur və təsadüfi deyil.
ADP sədrinin fikrincə, bütün bunlar Rusiyaya bağlı 5-ci kalonun deşifrə olunması prosesinin təzahürüdür. “Ramiz Mehdiyev barəsində yazılanlar, onun hədəfə gəlməsi Rusiyaya bağlı 5-ci kalonun deşifrə olunması ilə bağlıdır. Artıq bu faktları gizlətmək mümkün deyil.
Ramiz Mehdiyev həmin o 5-ci kalona rəhbərlik edən şəxslərdəndir. 5-ci kalonun nümayəndələri isə Rusiyanın buradakı emissarlarıdır. İdarəetmə sitemində kök atıblar. Elə dünən mediada da yazılıb ki, Azərbaycanın diplomatik korpusunda Rusiya kəşfiyyat orqanlarına bağlı adamlar var. Bunların hamısına da Ramiz Mehdiyev nəzarət edib.
Dövlət orqanlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları o yerləşdirib. İndi də idarəetmə sisteminin həmin adamlardan təmizlənməsi prosesi gedir. Bu təmizləmə əməliyyatı bütün dövlət orqanlarını əhatə etməlidir”, - deyə Sərdar Cəlaloğlu vurğulayıb.
Partiya sədri əlavə edib ki, Ramiz Mehdiyev bütün bunlara görə cavab verməlidir: “Ramiz Mehdiyevin fəaliyyəti araşdırılmalı və o cavab verməlidir ki, Xarici İşlər, Müdafiə nazirlikləri və digər dövlət sturktularına bu qədər agent necə yerləşdirilib. Kadr siyasətinə, daxili siyasətə o nəzarət edib. Ümumiyyətlə, ölkədə bütün neqativ təzahürlərin ideya müəllifi Ramiz Mehdiyevdir. Vaxtilə onun yeni milli elitanın yaradılması ilə bağlı bir konsepsiyası var idi. Yeni milli elita deyəndə Rusiya kəşfiyyat orqanlarının agentlərindən ibarət rüşvətxor, korrupsioner və cinayətkar dəstənin yaradılmasında söhbət gedirdi.
İndi həmin adamlar ifşa olunur. Ona görə də Ramiz Mehdiyevə ünvanlanan ittihamlar tamamilə əsaslıdır. Dövlət təhlükəsizlik orqanları Ramiz Mehdiyevin fəaliyyətini, onun yürütdüyü kadr siyasətində Rusiya və Ermənistan faktorunun nə dərəcədə rol oynadığını araşdırmalıdır. Öyrənilməlidir ki, bu kadr siyasətində xarici kəşfiyyat orqanlarının rolunu nə dərəcədədir və Ramiz Mehdiyevin onlarla əlaqələri hansı səviyədədir.
Təsəvvür edin, bunun bir nəvəsi var, özünə villa tikir. Villanın fasadına ağ mərmər vurulub. Həmin mərmər İtaliyadan gətirilib və 1 kvadratmetri 5000 manatdır. Orada işləyən ustalar deyir bunu. Bütün bunlar araşdırılmalıdır. Ramiz Mehdiyev cavab verməlidir ki, bu pulları haradan əldən edib”, - deyə müsahibimiz bildirib.
Sərdar Cəlaloğlu prosesin məntiqi yekunu olaraq Ramiz Mehdiyevlə bağlı araşdırmaların aparılacağına ümid edir: “Bu baş verməsə, Azərbaycan təhülkəli vəziyyətdə qalmağa davam edəcək. Problemlər həllini tapmayacaq və biz inkişaf edə bilməyəcyik.
Baxın illərdir Qarabağ problemi həll olunmur. Niyə? Çünki danışıqlarda Azərbaycan tərəfdən Rusiyaya bağlı şəxslər iştirak edir və onların sözünü deyir. Hərbi sahədə uğur qazana bilmirik, çünki bu strukturda da Rusiyanın agentləri var. Bütün sahələrdə belədir. Bu problemə son qoyulmalıdır”, - deyə ADP sədri vurğulayıb.
“Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”
08
iyul
18:10
Qarabağ
KOMMENTLƏR
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
“Ramiz Mehdiyevin orada oturmağa haqqı yoxdur” - Sensasion açıqlama
Ramiz Mehdiyev dözmədi və Zaur Qəriboğlunu məhkəməyə verdi
Ramiz Mehdiyevin həyat yoldaşı da subsidya alıb - Foto
“Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı canişini olub” – PARTİYA SƏDRİ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı