10 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Emin Cəfərovun rüşvət və korrupsiya əməlləri
“Kalon rəisi”nin əməlləri nazir Fikrət Məmmədovun və PX rəhbərliyinin fəaliyyətinə qara ləkədir
Bu qara ləkəni silməyin zamanı çoxdan çatıb
Son illərdə Penitensiar Xidmət sahəsində xeyli ciddi islahatlar həyata keçirilib.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkumların hüquqlarının qorunmasına diqqətlə yanaşılır, bu sahədə mütərəqqi islahatlar aparılır, o cümlədən cəza-icra siyasəti humanistləşdirilir.
Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları, xeyli sayda məhkumun əfv edilməsi dövlətimizin humanist siyasətinin göstəricisidir.
Eyni zamanda azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması, alternativ cəzalara üstünlük verilməsi, ev dustaqlığı, bir sözlə, cəza siyasətinin humanistləşdirilməsi çox mütərəqqi addımlardır.
Cənab Prezidentin bu humanist siyasətinin həyata keçirilməsində, icra olunmasında cənab ədliyyə naziri Fikrət Məmmədovun və Penitensiar Xidmətin rəhbərliyinin də əməyi çoxdur.
Ancaq çox təəssüf ki, bəzi cəzaçəkmə müəssisəsinin, həbsxanaların rəhbərləri cənab Prezidentin bu çox vacib siyasətinin üzərinə kölgə salır, öz şəxsi maraqları üçün məhkumlara və onların ailələrinə problem yaradırlar.
Belə həbsxana rəhbərlərindən biri də 10 saylı Cəzaçəkmə müəssisəsinin rəis müavini Emin Cəfərovdur.
Loru dildə desək, bu adamın elə bil doğulanda göbəyini rüşvətlə kəsiblər.
Bu adam dustaqlardan rüşvət almaq üçün ən axırıncı yola gedir, dustaqlara “torba” tikir, müxtəlif çirkin üsullarla məhkumlardan pul toplayır.
10 saylı “kalon”un rəis müavini olan Emin Cəfərov rüşvət və korrupsiya yolu ilə milyonlar qazanıb.
Görəsən, bu rüşvətxor rəis müavininə “krışa”lıq edən, himayədarlıq edən, onu müdafiə edən hansı vəzifəli şəxsdir ?
Yəni bu adam heç nədən çəkinmədən ölkə qanunlarını, hətta yazılmamış qaydaları ayaq altına atıb tapdalayır.
Bu adam özü üçün həbsxanada az qala lüks şəraiti olan istirahət mərkəzi yaradıb, kabinetini xidməti otaqdan çox istirahət məkanına çevirib.
Bu adamdan soruşmaq lazımdır ki, istirahət otağında üstündə uzandığı bahalı divanı kimin əlindən tutub alıb. Bəlkə, Ramazanı rəis Emin Cəfərovun yadına salaq.
Bir sözlə, Emin Cəfərovun məhkumların üzərində törətdiyi əməllər, heç bir qanuna, insanlıq normalarına sığmır.
Onun bu rüsvayçı hərəkətləri Penitensiar Xidmətin rəhbərliyinin, konkret olaraq Ədliyyə naziri cənab Fikrət Məmmədovun müsbət fəaliyyətinə qara ləkədir.
Bizcə, bu qara ləkəni silməyin zamanı çoxdan çatıb. /Gundelik-baku.com/
10 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Cəfərovun rüşvət və korrupsiya əməlləri- O ƏDLİYYƏ SİSTEMİNƏ LƏKƏDİR....
01
sentyabr
17:06
Qarabağ
KOMMENTLƏR
Ombudsmanın nümayəndələri cəzaçəkmə müəssisələrinə baş çəkiblər
16 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İTTİHAM
2 saylı Cəzaçəkmə Müəssisəsində ÖZBAŞINALIQ... - "Məgər çörək yeməyə görə rüşvət verərlər?"
Xaçmaz 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində BAZAR AÇIBLAR... - İTTİHAM
Vüqar Qasımovdan elektron qolbaq söhbəti- Xətai İcra və probasiya şöbəsində nələr baş verir ?
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı