Cənab Prezident İlham Əliyev  əfv  sərəncamları, cəzaların yüngülləşdirilməsi, məhkumlara humanist yanaşma və digər addımları ilə ədliyyə sistemində köklü dəyişikliklər  edib. 
Yəni Azərbaycanda heç vaxt ev  dustaqlığı, məhkumun elektron bilərzik-qolbaq  vasitəsilə nəzarətdə saxlanılması və.s kimi yüngül cəza tədbirləri olmayıb. Bunlar  ölkə başçısının humanist, insani siyasətinin təzahürüdür. Və buna görə, ədliyyə sistemində probasiya deyilən sahə yarandı. Ədliyyə nazirliyinin  uyğun qurumlarının adı dəyişdi və hazırda “ İcra və probasiya”  adlanır. 
Amma çox  təəssüf ki, ölkə başçısının bu nəcib addımları ədliyyə əməkdaşları tərəfindən normal icra olunmur.  
Belə icra məmurlarından biri də  Xətai rayon  İcra və probasiya şöbəsinin rəisi Vüqar  Qasımovdur. 
Vüqar  Qasımov  yaşlı  ev  dustağı  məhkumun “rəis, ayaqlarım şişir  elektron qolbağı ayağıma yox, qoluma vurun” xahişinə nə cavab versə yaxşıdır: Əə, puldan-zaddan ver, yoxsa qolbağı başqa yerinə taxaram”. 
Bəli, bu adam savadsız, hüquq anlayışı olmayan birisidir. Qardaşı, Nizaminin sabiq  icra başçısı Arif Qasımovun hesabına ədliyyə sistemində işə düzəlib. 
Onu da qeyd edək ki, Vüqar Qasımov kimlərisə vəzifəyə düzəltmək adı altında müxtəlif  vətəndaşlardan böyük məbləğdə pul alan şəxsdir. 
Qardaşı Arif  Qasımov  vəzifədən çıxarılmadı e, biabırcasına qovuldu. Bunlar onun qardaşı Vüqar  Qasımova dərs olmur. 
Vüqar  Qasımov  ədliyyə məmurundan çox manısa oxşayır. Yeganə xobbisi müğənni xanımların qulluğunda durmaqdır. Hətta xanım müğənnilərə  sponsorluq da edir. 
Bundan soruşan lazımdır ki, bu pulları haradan qazanmısan ? 
Qəbula gələnləri saatlarla qapı dalında saxlayan bu ''mazoxist''-məmur  başa düşmür ki, eyni aqibəti ona bir gün “ağzıbağlı”da yaşadacaqlar. 
Vüqar Qasımov rəisi  olduğu şöbədə saxladığı “qoçusunun” hesabına rüşvət  dəftəri tərtib edib və hər gün axşam çağı haqq-hesab olur. 
Zavallı anlamır ki,  o dəftərdəki bütün rəqəmlər  “zapis” olur. Bir gün o dəftəri qabağına qoyacaqlar. Hazır ol, cənab Qasımov!
P.S. Görəsən, Ədliyyə Nazirliyinin, Baş İcra İdarəsi hara baxır ?скачать dle 12.1