Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşına müqavimət göstərən şəxs saxlanılıb.
BAKISESI.COM xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə report-a bildirib ki, Nərimanov rayon Polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsünün şəxsiyyəti müəyyənləşdirilərək saxlanılıb.
Hazırda faktla bağlı Nərimanov rayon Polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, BNA-nın dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşlarına qarşı küt və kəsici-deşici alətlərlə hücuma cəhd edilib.
Agentliyin yaydığı rəsmi məlumatda bildirilib ki, hadisə ötən gün axşam saatlarında "Gənclik Mall" Ticarət Mərkəzinin qarşısındakı avtobus dayanacağı məntəqəsinin ərazisində baş verib. Dövlət qeydiyyat nişanı 10 UP 565 olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacağı məntəqəsinin ərazisində saxladığından Bakı Nəqliyyat Agentliyi əməkdaşları ona dayanma və durma qaydalarının pozması ilə bağlı xəbərdarlıq edərək ərazini tərk etməsini tələb ediblər. Agentlik əməkdaşlarının qanuni tələbinə əməl etməkdən boyun qaçıran sürücü nalayiq və təhqiramiz ifadələr işlədərək ona qarşı inzibati tənbeh tədbirinin görülməsinə imkan verməyib. Bununla yanaşı, o, avtomobilində saxladığı kəsici-deşici alətlə Agentlik əməkdaşlarına hücum edib.
Müqavimət göstərən şəxs saxlanıldı
06
dekabr
11:30
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev