Fars dilini əla  bilən kənd təsərrüfatı naziri KƏNDLİNİN dilini bilmir...

İnam Kərimov nazirliyi ASAN XİDMƏT-in filialına çevirib 


Neft və qazı  bir kənara qoysaq, Azərbaycan tarixən aqrar ölkədir. Neft və qazın da  bir gün tükənəcəyi heç kimə sirr deyil. Ona görə də cənab Prezident İlham Əliyev qeyri-neft  sektorunun inkişaf etdirilməsi məsələsini dəfələrlə, dönə-dönə vurğulayır, bu sahəyə kifayət qədər dövlət vəsaiti, subsidiyalar ayırır. Amma...
Amması odur ki, keçmiş kənd təsərrüfatı naziri, ixtisasca mühasib-buxqalter olan Heydər Əsədov onsuz da aqrar sahəni bərbad  günə qoymuşdu. Heydər Əsədov nazir olanadək  1 saat da olsun aqrar sahədə çalışmamışdı. 
Onun  xələfi olan  İnam Kərimov isə  deyəsən Heydər Əsədovdan  bərbad durumda  təhvil aldığı aqrar sahənin axırına çıxacaq. 
Bəli,  İnam Kərimov  əvvəl  gimnaziyada fars dilini öyrənib, sonra  beynəlxalq hüquq-filan, daha sonra ASAN XİDMƏT-zad...
Bir soruşan yoxdur ki, kənd təsərrüfatı naziri olmaq üçün fars dilini bilmək lazım deyil, kəndlinin, torpağın, lap inəyin, dananın, qoyunun, quzunun  dilini bilməlisən...
İki gündən bir  rayonlara “qastrola”  gedib qoyun-quzu ilə, inəklə şəkil  çəkdirməklə  aqrar sahə inkişaf edə bilməz, cənab nazir. 
Axı, bu sahə  yazı-pozu ilə məşğul olan ASAN xidmət deyil e..
Ölkə başçısı  ənənəvi sahələrin, baramaçılığın, pambıqçılığın  inkişaf etdirilməsi üçün təşəbbüs göstərib. 
Nazir İnam Kərimov isə Çindən 1.5 milyon tut tingi gətirməklə  işini bitmiş hesab edir. 
O tinglərin alınmasına neçə milyon pul verilmişdi, cənab İnam Kərimov ?
O tinglərin neçə mini quruyub, xəbərin varmı ? 
Cənab nazir özünə söz verib ki, Kənd Təsərrüfatı Nazirliyini ASAN XİDMƏT-in filialına çevirəcək. 
Təsəvvür edirsiniz, İnam Kərimov vaxtilə ASAN XİDMƏT-də işləyən, regionşünas  dostu Seymur Mövlayevi  Baytarlığa, Aqrar Xidmətə rəis  təyin edir. 
Ay adam, sən başa düşmürsən ki, regionşünas hara, baytarlıq hara ?
Heyvan xəstələnəndə  regionşünas dostunuz  heyvana necə  baxacaq ? 
Belə faktlar  yüzlərlədir. 
Konkret desək İnam Kərimov kənd təsərrüfatı sahəsindəki  KADR KORPUSUNU məhv edir. 
İnam Kərimovun nazir təyin olunduğu 3 ildən çoxdur. 
Bu 3 ildə nə iş gördün, cənab nazir ? 
Ancaq tenderləri öz yaxın dostıarına verməklə nələr qazandın ? 
Bəs aqrar  sahə nə qazandı ? Heç nə. 
Sapoq geyib rayonlara getməklə məsələ həll olunmur, yığışdır  bu tipli reklamlarını. 
Fermerlərə, sahibkarlara baha qiymətə verdiyiniz  heyvanların çoxu xəstədir.   
Dövlətin  fermerlərə  ayırdığı subsidiyanın az hissəsini nağd verib, qalan  hissəsini gübrə ilə əvəz edirsən. 
Gübrəni ölkəyə gətirən dostlarınla əlbir olub, milyonları mənimsəyirsən. Elə bilirsən bütün bunları xalq bilmir ? 
Milyonlarla ölçülən subsidiyalar hara xərclənir ? 
3 ildir nazirsiniz. Bircə dəfə hesabat verin görək, indi subsidiyalar hara xərclənir ? 
Müqəddəs Ramazan ayında qurbanlıq adı altında qoyunlar gətirirsiniz, bunları şəffaf şəkildə etmək olmazmı ? 
Nə  bilək  qurbanlıq adı altında nələr  törətmirsiniz ? 
Baramaçılıqdan  danışırsan, cənab nazir. Heç olmasa, baramanın sortlarını bilirsənmi ? 
Cənab nazir ! Ulu Öndər deyirdi ki, bir ağacın budağı kəsiləndə elə bil qolumu kəsirlər. 
Sən isə  1 ay əvvəl Masallıda  meşələri məhv edib, qiymətli ağacları kəsib yerində bostan salırsan.
Sənə kim ixtiyar verib ki,  ağacları  qırıb meşələri  şumladırsan ? 
Sənin bu hərəkətinə görə, az qala Cənub zonası ayağa qalxmışdı. Əhalini niyə dövlətdən narazı salırsan ?  Zəngilana apardığın adamların içərisində sən bilirsənki kimlər olub? Sən bilirsənki bu siyahı tam araşdırılandan sonra sənə sağ ol deməyəcəklər. Bu başqa bir yazının mövzusudur.
Meşələri  əkdirib çay plantasiyası salmaq  sənin ağlına haradan gəlib, cənab fars dili müəllimi ? 
BETA çay şirkəti ilə necə sövdələşmisən ? 
Bəlkə, bunları Əli İnsanovun təlimatları ilə edirsən ? 
Kimin ƏLİ kimin cibindən çıxır, yaxşı bilirik, cənab İnam Kərimov. 
Dövlət İmtahan Mərkəzindən keçmədən dostlarını, həyat yoldaşının rəfiqələrini nazirlikdə  dövlət qulluqçusu kimi işə götürürsən. 
Cənab nazir, bu ixtyarı sənə kim verib ? 
Cənab nazirin əlaqələrinin bir ucu isə hətta həbsxanaya qədər gedib çıxır. 
Bu barədə növbəti yazıda. /Gundelik-baku.com/скачать dle 12.1