İnam Kərimov buğda ilə arpanın fərqini bilmir…
Gənc nazir rəqəmləri niyə şişirdir, niyə “pripiska” ilə məşğul olur ?
İnam Kərimov “gənc nəsil kadrlar” dalğasında vəzifəyə gələnlərin ilk nümayəndələrindən biridir.
Sözün qısası, uzun müddət cəmiyyətimiz düşünürdü ki, köhnə, yaşlı kadrlar getsə və əvəzində yeni, gənc, Avropada təhsil almış kadrlar vəzifəyə gəlsə, problemlər həllini tapacaq.
Və cəmiyyətdən gələn bu sifariş həyata keçirildi.
Az vaxtda xeyli sayda gənc kadrlar nazir, komitə sədri, icra başçısı təyin olundu.
Və bu dalğada İnam Kərimov kənd təsərrüfatı naziri oldu.
Bu adam düşünmədi ki, ölkənin ən geniş sahəsi olan aqrar sahədən zərrəcə xəbərim yoxdur, bu etimadı doğrulda bilərəmmi, ya, yox, rəhbərlik etdiyim sahəni məhvə apararam-filan...
Yox, İnam müəllim bu barədə düşünmədi. Onun əsas məqsədi gənc yaşında nazir kreslosuna əyləşmək və “forstlanmaq” idi. İnanın ki, belə idi...
Bəzi məmur uşaqları nazirliyə işə düzəlir ki, belimdə tapança olsun...bax, İnam müəllim də belə gənclərdən idi.
Elə bilirsiniz ki, onun aqrar sahəni inkişaf etdirmək üçün ciddi planı-proqramı-zadı var idi..?
Onun ilk planı rayonda quzu ilə şəkil çəkdirmək oldu.
Guya quzunu qucağa almaq nəsə böyük hünərdir.
Bəli, quzudan sonra İnam Kərimov daha ciddi işlərə girişdi.
Vaxtilə onunla birlikdə ASAN Xidmətdə çalışan tarix, ədəbiyyat müəllimlərini, filoloq, regionşünas təhsili almış dostlarını Kənd Təsərrüfatı Nazirliyinə doldurmağa başladı.
Və beləliklə on illər boyu Azərbaycanda yetişmiş kadr korpusunu məhv elədi.
Yeri gəlmişkən, bir məsələyə diqqəti cəlb edək.
Hər bir ölkə xeyli sayda məhsulu xaricdən idxal edir, özü də xarici ölkələrə məhsullarını ixrac edir.
Bu məhsullar içərisində taxıl məhsulları, buğda xüsusilə önəmlidir. Çünki böyük şairimiz Səməd Vurğun demişkən, “ Taxıl-çörək bol olarsa, basılmaz vətən”.
Yaxud L.İ.Brejenev demişkən, “Çörək olarsa, mahnı da olacaq “.
Sözün qısası, taxıl-çörək digər məhsullardan fərqli olaraq dövlətin əsas məhsuludur.
Bizim bir dövlət olaraq illik tələbatımız 1.8 milyon tondur. Ki, onun da 1.2 milyon tonunu Rusiyadan, Qazaxstandan alırıq, yəni idxal edirik. Qalır, 0.6 milyon ton.
Nazir İnam Kərimovun təqdim etdiyi rəqəmlər isə saxtalaşdırmadan başqa bir şey deyil. Bu adam buğda ilə arpanı, arpa ilə çovdarı səhv salır. Əslində rəqəmləri bilərəkdən şişirdir.
Gənc nazir təkcə istehsal olunan məhsulun həcmini deyil, əkin sahələrini də bilərəkdən şişirdir. Çünki dövlət hər əkilən hektara görə, subsidiya, yanacaq, gübrə və s ayırır. Bütün bunlar hamısı mənimsənilən milyonlar deməkdir.
Məlumdur ki, taxıl subsidiyasını əldə etmək üçün hökumətə yaxın fermerlər “pripiska” aparır. Yəni əkmədikləri əraziləri taxıl zəmiləri kimi qeydiyyatdan keçirirlər. Məsələn, 100-150 hektar, bəlkə də 100 hektar ərazilər var ki, boşdur, rəqəmlərdə guya orada taxıl əkilib, taxıl biçilib.
Əgər sabah dünyada ərzaq qıtlığı yaranarsa, İnam Kərimov bu millətə nə cavab verəcək ?
İnam Kərimovun əsas işi dövlətin ayırdığı milyonları tender yolu ilə dostlarına məxsus şirkətlərə ötürməkdir.
Bir sözlə, dövlətin pullarını İnam Kərimov dostları ilə bölüşdürür.
Bircə faktı qeyd edək ki, İnam Kərimovun tabeçiliyində olan və dostunun rəhbər olduğu “Aqrar Tədarük və Təchizat” ASC uşaq bağçalarına kilosu 50 qəpiyə olan xiyarı kiloqramı 4 manatdan satıb.
Xiyarı 4 manata, özü də körpə uşaqlara…
Həmin ASC 150 min manatlıq printer katrici alıb.
Bir soruşan yoxdur ki, ay İnam müəllim, mətbəə açmısan?
Bir sözlə, İnam Kərimov Prezidentin etimadını doğrultmadı. Qalanı bizlik deyil…
P.S İnam Kərimovu əmisi Samir Kərimovun dostu müxalifətçi, xaricdə mühacir həyatı yaşayan Elbəyi Həsənli ilə nə birləşdirir. /Gundelik-baku.com/
Nazir İnam Kərimov aqrar sahədəki kadr korpusunu məhv elədi- İNAM KƏRİMOVUN “KARYERASI “
23
noyabr
10:29
Qarabağ
KOMMENTLƏR
Kənd təsərrüfatı naziri İnam Kərimov və Bəhram şahın kənizi Fitnə… - İnam Kərimov buğda ilə arpanın fərqini bilmir…
Nazir İnam Kərimovla Seymur Mövlayevin “Aqrolizinq”- AXA- Aqrar Kredit OYUNU...
Nazir İnam Kərimova daha İNAM qalmayıb...
3 ili tamam olan nazir İnam Kərimov bu müddətdə aqrar sahədə heç bir ciddi addım ata bilmədi- İnam Kərimovun ailəsinə Əli İnsanovun maddi-mənəvi dəstəyi çox olub...
Xızı rayonunun Xozeyn(i) Əliyevi…. - Kənd Təsərrüfatı naziri İnam Kərimovun Xozeynin əməllərindən xəbəri yoxdur ?
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı