Nazirin dostu  Seymur Mövlayev gah “Aqrolizinq”in, gah AXA-nın, gah da Aqrar Kreditin rəhbəri olur...

Seymur Mövlayevin mindiyi  10 AC 003 avtomobili hansı quruma məxsusdur ? 

Girişsiz-filansız açıq tekstlə demək lazımdır ki,  gənc, islahatçı kənd təsərrüfatı naziri  İnam Kərimov 70 ilə formalaşmış kadr korpusunu  1 ilə məhv etdi. 
Bəli, təsəvvür edirsiniz, bu adam ədəbiyyat  müəlliminə, regionşünasa  Kənd Təsərrüfatı Nazirliyində  rəhbər vəzifə verir. 
Bu adam başa düşmür ki, aqrar sahədə kadrların hazırlanması üçün illər  lazımdır. 
Nazir təyin olunan kimi  ASAN Xidmətdə özü ilə birgə çalışan humanitar sahənin adamlarını, daha doğrusu, dostlarını Baytarlığa, Aqrolizinqə, Aqrar Kredit Agentliyinə rəhbər vəzifələrə təyin etməyə başladı. 
Kim nə deyir desin bunun bir adı var: DÜŞMƏNÇİLİK..
İnam kərimov nazir təyin olunana kimi illərlə yetişmiş kadrları nazirlikdən uzaqlaşdırdı  və dostu Seymur Mövlayev kimilərini vəzifələrə gətirdi. 
Axı, ixtisasca regionşünas olan  Seymur Mövlayev nə bilir  “Aqrolizinq” nədir ? 
Məlumat üçün qeyd edək ki, Allah qoymasa, İnam Kərimov nazir olan kimi “Aqrolizinq” adını  dəyişib “Aqroservis” qoydu. 
Guya bununla nəsə dəyişir. Bax, İnam Kərimov kimilərin islahatı budur. 
Axı, “Aqrolizinq”in yaradılmasında məqsəd başqa idi, ay İnam Kərimov.  
Məlumat üçün bildirək ki, ölkəni postneft, yəni neft tükənəndən sonrakı dövrə hazırlamaq, qeyri-neft sektorunu, aqrar sahəni inkişaf  etdirmək üçün “Aqrolizinq” yaradılmışdı. Yəni dövlət  aqrar sahəyə, fermerlərə, loru dildə desək kəndliyə dəstək olmaq üçün bu qurumu yaratmışdı və milyonlarla vəsait ayrılmışdı. Ki, fermerlərə gübrələr, texnika, damazlıq heyvanlar, tinglər, toxumlar ucuz və güzəştli verilsin ki, ölkədə ərzaq bolluğu yaransın. 
Ancaq Seymur Mövlayev kimilər tez-tələsik dostlarının adına  şirkətlər yaradaraq  gübrə, damazlıq heyvan, kombayn, toxum  gətirməklə milyonlar qazandılar və dövlətin ayırdığı pulları məminsədirlər. 
Bir soruşan  olmadı ki,  ASAN XİDMƏT-də çalışan Mövlayev hara, Aqrolizinq hara ? 
Bəli, 2 ildə cənab Seymur Mövlayev özünə və dostu nazir  İnam Kərimova  yaxın şirkətləri varlandırmaqla məşğul oldu. Və bir müddət əvvəl  Allah qoymasa, Aqrolizinq-i  xaraba qoyub getdi Aqrar Xidmət Dövlət Agentliyinə rəhbər. 
Elə bilirsinzi bununla İnam Kərimovun oyunları bitdi ? 
Xeyir, İnam Kərimov aqrar sahəni  yerli-dibli məhv etməlidir. 
Seymur Mövlayev  AXA-nı da məhv edəndən sonra getdi  aqrar sahəyə kredit paylamağa. Allah qoymasa oldu Aqrar Kredit Agentliyinin sədri. 
Biz yazının girişində əbəs yerə yazmadıq ki, bunun bir adı var - DÜŞMƏNÇİLİK...
Bəli, Seymur Mövlayev kimilər 1-2 ilə milyonçuya çevrildilər. 
Bu gün Seymur Mövlayevin mindiyi  10 AC 003 son model Toyota Camry avtomobili Aqrolizinq ASC-nin balansındadır. 
Necə olur ki,Aqrar Xidmət Dövlət Agentliyinin rəhbəri hələ Aqrolizinq ASC-yə məxsus avtomobildə gəzir ?
Seymur Mövlayev dövlətdən əldə etdiyi milyonları məmura yaraşmayan məclislərdə  xərcləyir. 
Bu da gənc islahatçı kadrların  sonu. Yəqin ki, ölkə rəhbərliyi  belə gənc kadrlarla bağlı sözünü deyəcək. /Gundelik-baku.com/скачать dle 12.1