Bəzi generallarımızın mal-qara ferması, restoranları, villaları, ticarət obyektləri, yüz hektarlarla  torpaq sahələri və s barəsində  zaman-zaman dövrü mətbuatda oxumuşdum. Sözün düzü, insanlarımız da belə informasiyalara artıq alışıb, adamları belə xəbərlərlə təəccübləndirmək olmur. Amma…
Əmması odur ki, bu yaxınlarda  ciddi bir informasiya mənbəyinin dediyinə görə, artıq generallarımızın özəl qəbristanlıqları da peyda olub.
Bəli, təəccüblənməyin, ÖZƏL QƏBRİSTANLIQ…

Mənbənin dediyinə görə, Bakının əzəmətli və həşəmətli yerlərindən  birində  general Nəcməddin Sadıkovun, Nizam Osmanovun  və digər generalların özəl qəbristanlıqları var. 
Mənbəmiz  heyrətlə  deyirdi ki, generalların hərəsi 3-4 hektar ərazini  zəbt edib hasara alıblar, ətraf gül-çiçək, bahalı ağaclar, su çəkiblər, mərmər, qranit hasarlar…
Mənbəmiz  deyir ki, təsəvvür edirsiniz, HAZIR QƏBRLƏR var, tam hazır vəziyyətdə, yəni generalların kimisə ölsə, dəfn etməyə hazırdır…
Mənbəmiz deyir ki, bunlar o dərəcədə ağıllarını itirib ki, diri adamın qəbrinin üstünə gətirib bahalı gülllər qoyurlar…
Bəli, dövlətin və xalqın  milyonlarını mənimsəmiş harın və quduz bəzi məmur generallardan bundan artıq nəsə gözləməyə dəyməz…
Təsəvvür edirsiniz,  Qarabağda şəhid olan əsgərin xatirəsinə bir  bulaq tikmək üçün  valideynləri aylarla icra başçısının qəbuluna  düşə bilmir, düşəndə də təhqir olunub çıxırlar…
Erməniyə bir güllə atmayan  Nəcməddin Sadıkov, Nizam Osmanov kimi generallar isə az qala öz pişiklərinə də mərmərdən abidə qoyurlar. 
Bütün bunlar azmış kimi, bu generallar hətta özlərinə ayrıca ŞƏHƏRCİK də  salırlar. 
Bəli, Səbail rayonunun Badamdar qəsəbəsində  generallar özləri üçün  ayrıca şəhərcik salıblar və öz aralarında buranı “Generallar şəhərciyi” adlandırırlar..
Əvvəllər MİLYONERLƏR MƏHƏLLƏSİ var idi, indi də Allah qoymasa, GENERALLAR ŞƏHƏRCİYİ…
Bəli, bu şəhərcikdə  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik  Nəcməddin  Sadıkovun  50 milyon dəyəri olan  möhtəşəm villası var. 
Bu azmış kimi,  cənab Sadıkovun bacısı oğlunun  eyni məkanda 10 milyonluq  villası ucalır. 
Təsəvvür edirsiniz,  generallar hərb elmini tədris edərlər, hərb elmi ilə bağlı kitablar yazarlar, ölkənin hərbi təhlükəsizliyi ilə bağlı düşünərlər…
Bizim generalalr isə  maklerlik edir, keçmiş hərbi hissələrin ərazisini özəllşdirib satırlar. 
Bəli bizim  generallar  Artilleriya hərbi hissəsinin  ərazisini   özəlləşdirib  sataraq milyonlar qazanıb. 
Bu qanunsuz özəlləşdirməni, Nəcməddin Sadıqovla  İmranlarla birgə həyata keçirib. 
Bu  “Generallar şəhərciyin”də  keçmiş gizir, indiki general  Qədir Nəsibovun da  15 milyon dəyəri olan mülkü var. Şahidlərin dediyinə görə, Qədir Nəsibovun evində   2 tonluq soyuducu var.  
Görəsən, Qədir Nəsibov 2 tonluq  soyuducunu neyləyir?
Zarafatla deyirlər ki, Qədir  QİYAMƏT  gününə  hazırlaşır. Əslində  Qədir  karantindən qorxub  2 tonluq soyuducuları  ərzaqla doldurub ki, çölə-bayıra çıxmasın. 
Ona görə də  Qədir Nəsibov  əsgərlərin  təchizatı üçün  nəzərdə tutulmuş soyuducuları aparıb  evlərinə qoydurub.  Ki, birdən  koronavirus  qapını kəsdirsə, evdən bayıra çıxmasınlar.
Məlumat üçün qeyd edək ki, Qədir  Nəsibovun oğlu  “Türk Azərbaycan”  şirkəti yaradaraq  100 milyonluq tenderi udub.  
Təsəvvür edirsiniz,  Müdafiə Nazirliyinin  yüksəkçinli məmurlarından birinin oğlu  “atasının nazirliyində”  tenderi  udur. Özü də  100 milyonluq. Bu birbaşa cinayətdir.  
Görək, Qədir Nəsibov kimdir ?
Qədir Nəsibov  Nəcməddin  Sadıkovun  sürücüsü  Əlinin qudasıdır. 
Qədir Nəsibov  MN-də ən çox korrupsiyaya bulaşmış  zabitdir. 
Hazırda  Qədir Nəsibovun  Daşkəsən  rayonunun Xoşbulaq  kəndində  milyonlarla dəyəri olan evi,  Gəncə ətrafında  mal-qoyun fermaları və daha nələri...
Hətta, deyilənə görə, Qədir Nəsibovun diplomu da saxtadır. 
Qədir Nəsibovun Bakı şəhərində xeyli yerdə mənzilləri var. 
Ən dəhşətlisi odur ki, Qədir Nəsibov əslində peşəkar  hərbçidən daha çox, kabab çəkəndir. 
Bəli, Qədir Nəsibov hər axşam Nəciməddin Sadıkovun evində kabab çəkir, özü də general formasında...
Hətta deyilənə görə, Qədir Nəsibov gecələr Nəcməddin Sadıkovun sifarişi ilə Nizam Osmanov barəsində düşünür.
Nizam Osmanov barəsində bir az sonra...
Şəhərciyin digər sakini olan general  Elçin Xəlilov  nazirlikdə  Kadrlar  idarəsinin rəisidir və  Nəciməddin Sadıkovun bacısı oğlunun kirvəsidir. 
Elçin Sadıqovun qardaşını  isə bizim bildiyimiz bir problemə görə, ordudan qovublar, indi  Sərhəd qoşunlarında işə  düzəlib. Onun da  şəhərcikdə  10 milyonluq villası var. General Nizami  Məmmədov isə MN-də Maliyyə idarəsinin rəisidir, onun da Badamdarda  10 milyonluq villası var.  
Nizami Məmmədovun adı  həmişə başqa bir məsələdə hallanıb, barəsində əvvəlki xidməti etdiyi yerdə bir neçə  dəfə cinayət işi açılıb. 
Nazim  Məmmədov da Nəcməddin Sadıkovun  sədaqətli kadrı olub. 
Digər general  Rasim Babayev  isə Nəcməddin Sadıkovun sağ əlidir,  həmişə  MAXE-lərin işə götürülməsinə görə adı hallanıb. 
General-leytenant  Zahid Hüseynovun isə  bir həyətdə 2 villası var,  adına “Kuryatnik Zahid”  deyirlər.
Vaxtilə, yəni polkovnik olanda Badamdarda  Nəcməddin  Sadıkovun toyuqlarına baxırdı.
Generalların torpaq zəbt etməsi təkcə bununla bitmir. 
Daxil olan məlumata görə, Şüşəli bazarın yanındakı  hərbi hissənin 2 hektarını  Zakir  Həsənovla Nəcməddin Sadıkov götürüb. 
Qədir Sadıqovun  xoşagəlməz hərəkətləri  barədə nöbvəti  sayımızda  yazılar dərc edəcəyik. 
Haqqında  bəhs etdiyimiz  bu generallar bir məclisdə olanda  Zakir Həsənovun bilik və bacarığına, hərbi səriştəsinə  lağ edib gülürlər. Lazım gələrsə, bütün faktları  təqdim edərik. 
Bu genarallar  ( Qədir Nəsibovla  Elçin Xəlilov )  bütün məclislərdə deyirlər ki,  bizim villalarımızı  sökmək üçün  birinci  Zakir müəllimdən başlamaq lazımdır. Hətta Qədir  Nəsibov  deyib ki, Zakirin villası 2 hektar ərazini  əhatə edir, bizimki ona baxanda çox balacadır. Sözün  düzü, çəkiliş qrupumuz  Zakir Həsənovun villasını tapa bilmədi. 
Həm də  Zakir Həsənov  o qədər ağılsız  adam  deyil ki,  Qədir Nəsibov kimi  bir  “gizir-genaral”la  qonşu olsun. Düzdür, general olmaq istəməyən əsgər  deyil. Amma  belələrinin general  olması  qəbulolunmazdır. 
Ən böyük rüsvayçılıq isə  Nəcməddin Sadıqovun  villasında  gizir-genaralın öz köhnə peşəsiilə məşğul olması, kabab bişirməsidir...
Yazının əvvəlində qeyd etdiyimiz  Nizam Osmanova gəlində isə, onu qeyd edək ki, o, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisidir. 
Nizam Osmanov  barəsində ötən yazımızda geniş bəhs etdiyimiz üçün  onu qeyd edə bilərik ki, onun 3-cü mikrorayon  bazarının yaxınlığında  özəl kafesi var.  
Bura əslində  kafedən daha çox  konfidensial görüş yeridir, həm də…əxlaqsız  əməllər yeri. Qonşuluqda olanlar deyir ki, gecələr  Nizamın obyektindən elə səslər gəlir ki…Görəsən hüquq-mühafizə orqanları bunu görmür?
Görmürlər ki,  Nizamın kafesi  əslində yüngül əxlaqlı qadınların görüş yeridir. 
Kafedə Əfəndiyev, Osmanov, Tural, Elmar, Nüsrəddin hamısı  hər axşam  bir yerə yığışaraq yığılan pulları bölüşdürürlər. 
Tural və  Nüsrəddin  isə əslən Qubadan olan və orada böyük villası olan Nizamov Elmarın pul yığanlarıdır.
P.S Yazida adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/скачать dle 12.1