Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1375-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
BAKISESI.COM xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və Azərbaycan Prezidentinin aktlarının “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib:
2.1-ci bənd aşağıdakı redaksiyada verilib:
“2.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci, 21.1-ci maddələrində, 27.3-cü maddəsinin dördüncü cümləsində və 59-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”
aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilib:
“2.1-1. həmin Qanunun 7.7-ci, 9.2-ci, 14.1-1.1-ci və 14.1-1.4-cü maddələrində, 15.5-ci maddəsinin ikinci cümləsində, 18-ci, 21.7-ci, 21-1.4-cü, 26.3-cü maddələrində, 27.3-cü maddəsinin birinci cümləsində və 48.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir;”;
2.2-1-ci bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə, “dayanacaq məntəqələrinə və avtomobil duracaqlarına, habelə yerüstü və yeraltı keçidlərə və xüsusi operativ nəqliyyat vasitələri üçün əlavə yollara” sözləri “yeraltı keçidlərə, metro çıxışlarına və velosiped zolaqlarına” sözləri ilə, “həyata keçirir” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılıb;
2.2-2-ci və 2.2-3-cü bəndlərdə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə, “həyata keçirir” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz edilsin və həmin bəndlərdən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılıb;
2.4-cü bənddə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “orqan (qurum)” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılıb.
Prezident fərman imzaladı
27
dekabr
20:52
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev