İnam Kərimov bilərəkdən aqrar sahəni zəiflədir, ölkədə bahalaşma və əhalidə ciddi narazılıq yaradır...
İnam Kərimova Əli İnsanovlar “dərs keçir”, təlimatlandırır...
Deməli, istənilən dövlət üçün əhalinin kütləvi narazlığı CİDDİ SİQNALDIR.
Bu bütün zamanlarda, hətta orta əsrlərdə də belə olub, bu gün də belədir, sabah da belə olacaq...
Əhali nə vaxt narazı ola bilər ?
Ancaq qiymət artanda, əhali dolanmağa çətinlik çəkəndə.
Görəsən, bu adi həqiqətləri Fransanın Sarbonna universitetini bitirmiş, kənd təsərrüfatı nazirimiz İnam Kərimov bilmir ?
Lap loru dildə deyək ki, bəlkə, cənab nazir İnam Kərimov başa düşsün.
Cənab İnam Kərimov, dövlət yüz milyonlarla pulu, güzəştli kreditləri fermerlərə, aqrar sahədə çalışanlara ayırır ki, məhsul bolluğu yaransın, yəni qiymətlər qalxmasın, nəticədə insanlar dövlətdən narazı olmasın.
Bu siyasətin ƏLİFBASIDIR, cənab İnam Kərimov.
Çünki əhalini kütləvi narazı salmaq olmaz.
Müdriklər boş yerə demir ki, AC QILINCA ÇAPAR...
Bəli, neçə illərdir ki, dövlətin aqrar sahəyə ayrıdığı yüz milyonları sələflərin olan nazirlər İsmət Abasov, Heydər Əsədov basıb yeyiblər.
Biraz da fikrimizi genişləndirək.
Dövlət niyə 100 milyonları subsidiya kimi fermerlərə verir ?
Məgər dövlətin fermerlərin dədəsinə borcu var ?
Dövlət niyə gübrəni, kənd təsərrüfatı avadanlıqlarını, traktoru, kombaynı güzəştli, AQROLİZİNQ qaydada fermerə verir ?
Məqsəd odur ki, ölkədə QİDA MƏHSULLARININ, ƏRZAĞIN BOLLUĞU YARANSIN.
Bu siyasətdə adi aksiomadır.
Sən bunları da başa düşmürsənmi, cənab İnam Kərimov ?
Sənin keçmiş müavinlərin dövlətin fermerlərə ayırdığı subsidiyaları basıb yeyib və...
Bu gün ölkədə ciddi şəkildə ərzaq qıtlığı var. Və nəticədə qiymətlər bahalaşır.
Biz nə üçün kartofu, kələmi, soğanı, buğdanı xarici ölkələrdən idxal etməliyik ?
Cənab İnam Kərimov, sənin bu suallara cavabını bir neçə gün əvvəl mətbuatda oxuyanda, düşündüm ki, sən Sarbonna universitetini deyil ee, heç Somalini də bitirməmisən.
Cənab nazir, sən deyirsən ki...
Pakistanda kartof istehsalının azalması Azərbaycan bazarında kartofun qiymətinin qalxmasına səbəb olub...
Cənab İnam Kərimov, Pakistanda kartof istehsalının azalmasının sənə nə dəxli var ?
Cənab İnam Kərimov, sən deyirsən ki, qonşu İranda kələm istehsalı azalıb deyə, bizdə qiymətlər qalxıb...
Cənab nazir, sənin dediklərin hətta ibtidai sinif şagirdinin düşüncəsinə uyğun deyil...Başa düşürsənmi..?
Son vaxtlar ölkədə qida məhsullarının, ərzağın qiyməti xeyli qalxıb. Niyə ?
Çünki istehsal azalıb.
Bəs 4 ildir sən nə ilə məşğulsan, cənab İnam Kərimov ?
Cənab Prezident sənin kimi gənclərə etimad göstərdi ki, gəlib ciddi islahatlar aparasınız...
Sən isə, 70 ildə aqrar sahədə yaranmış güclü KADR KORPUSUNU MƏHV EDƏRƏK, dostlarını, aşnalarını, qohum-əqrəbanı Kənd Təsərrüfatı Nazirliyinə doldurdun.
Cənab İnam Kərimov, bilirsənmi aqrar sahə üzrə ekspertlər, səni cahil adlandırır, sənin açıqlamaların ANEKDOTA çevrilib.
Çünki bu sahədən sənin anlayışın yoxdur.
Elə bilirsən, ayağına sapoq geyməklə, quzu ilə şəkil çəkdirməklə nazir olmaq olar ?
Cənab İnam Kərimov, sən özünlə ASAN XİDMƏTdə çalışanları aqrar sahəyə doldurursan.
Adam, ASAN xidmət bambaşqa sahədir, sən ya nə etdiyini bilmirsən, ya da Əli İnsanov kimilər səni əməlli-başlı təlimatlandırır.
Sən regionşünas dostun Seymur Mövlayevi gah “Aqrolizinq”ə rəhbər qoyursan, sonra oradan çıxardıb, Aqrar Xidmətlər Agentliyinə direktor qoyursan...sonra da...
İndi də bəlli olub ki, nazir İnam Kərimov müəllim dostu Mövlayevi Aqrar Kreditin rəhbəri qoyub.
Bir neçə il əvvəl manata güllə atan Seymur Mövlayev milyonçuya çevrilib, eyş-işrət məclislərində pullar xərcləyir...
Bu pullar haradandır, cənab nazir ?
Seymur Mövlayevin mindiyi 10 AC 003 Toyota Camry avtomobili hansı quruma məxsusdur ?
P.S. Deyəsən, özün öz fərmanını hazırlayırsan ha, İnam Kərimov.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/
“Sarbonna”nı bitirən İnam Kərimovun “kartof, kələm siyasəti”... - Kənd təsərrüfatı naziri İnam Kərimov aqrar sahəni fəlakətə aparır...
26
yanvar
11:00
Qarabağ
KOMMENTLƏR
Nazir İnam Kərimovla Seymur Mövlayevin “Aqrolizinq”- AXA- Aqrar Kredit OYUNU...
Aqrar sahəyə ayrılan milyonları İrşad Əliyev, İsmət Abbasov və Heydər Əsədov mənimsəyib- İnam Kərimov bilmir ki, qarnı balalı damazlıq inəkləri kəsim sexlərinə göndərirlər...
İnam Kərimov aqrar sahənin kadr korpusunu məhv etdi...- İnam Kərimovun “tender oyunları”…
Kənd təsərrüfatı sənin üçün ASAN XİDMƏT deyil, İnam Kərimov…- İnam Kərimov nazirliyi ASAN XİDMƏT-in filialına çevirib
Kənd təsərrüfatı naziri İnam Kərimov və Bəhram şahın kənizi Fitnə… - İnam Kərimov buğda ilə arpanın fərqini bilmir…
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı