Azərbaycandan milyonlar daşıyan bukmeyker şirkəti 1 manat da olsun vergi vermir…

Bu şirkət  ermənilərin dostu  yunanlara məxsusdur…


Rusiyadan 63 milyard rubl aparan Mosbet görəsən Azərbaycandan  neçə milyon aparıb ? 

İndi çox  oyunların adını dəyişib, mədəni formaya salıb insanların həm pulunu, həm də canını alırlar. 
Məlumdur ki, QUMAR bütün dinlərdə, o cümlədən müqəddəs İslam dinimizdə HARAM buyrulub. 
Ancaq müasir  fırıldaqçılar-maxinatorlar  QUMAR-ın adını dəyişib  BUKMEYKER oyunları qoyublar. Özü də necə..
Zaman var idi kartla, hətta “aşıq atmaqla”  qumar oynayardılar. Ancaq indi müasir texnologiya, kampüter, internet, sosial şəbəkə  qumarbazlar üçün əsl meydana çevrilib. 
Belə bukmeyker  şirkətlərindən biri də  “MostBet”dir. 
Qısa məlumat üçün qeyd edək ki, şirkət  2009-cu ildə qurulub. 
Şirkətin hüquqi ünvanı Kiprdə, Nikosiya şəhərində yerləşir, daha çox ermənilərin dostu olan yunanlar işlədir. 93 ölkədə fəaliyyət göstərir, dünyada 1 milyon üzərində müştəri sayı var, öz saytı var, telefon nömrəsi, Email və sosial şəbəkələr vasitəsilə qeydiyyatdan keçmək olur. 
Bu mərc oyunları şirkəti  Azərbaycandan da hər ay milyonları daşıyıb aparır. Amma Azərbaycan dövlətinə nəinki 1 manat, heç 1 qəpik də  vergi ödəmir. 
Əksinə vətəndaşlarımızın cibinə girir, onları müflis edir, hətta ailələrini dağıdır...
Mosbet-in qurbanı olan vətəndaşlarımızdan biri yazır ki, idman oyunu üçün pul qoydum, sabahı günü hesabım bloklandı və qoyduğum böyük məbləğ əlimdən çıxdı. 
Və şirkətə nə qədər müraaciət etsəm də faydası olmadı, hətta onlar mənə cavab vermədi. 
Belə aldanmış həmvətənlərimiz minlərlədir. 
Vətəndaş məsləhət bilir ki, Mosbet-dən uzaq olun. 
Loru dildə desək, Mosbet “lox” axtarır, yəni uduzan  müştəriləri “qazlayır”, əgər  uddunsa, hesabın bloklanır. Aydın oldumu ? 
Təsəvvür edirsiniz bu şirkətin ölkəmizdə lisenziyası yoxdur. Amma…
Əmması odur ki, lisenziyasız və vergi ödəmədən çalışan “Mostbet” bukmeker kontorları qeyri-leqal, qanunsuz mərc oyunları təşkil etməklə külli miqdarda ölkəmizdə pul qazanır.
Əslində “Mostbet” kimi qumar şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçməsinin konkret səbəbləri var. 
Malta, Cənubi Kipr kimi ofşor zonalarda qeydiyyatdan keçən bukmeyker kontorları bu ölkələrin vergi qanunvericiliyindəki boşluqdan yararlanır, fəaliyyət dairəsini isə dünyanın bütün ölkələrinə yayırlar.
Ancaq öz saytlarında kantoru ən güvənli, ən etibarlı kimi təqdim edirlər.
Bir sözlə,  adını nə qoymasından asılı olmayaraq Mosbet qumar oyunlarının, kazinoların təşkilatçısıdır. Vəssəlam. 
Təsəvvür edirsiniz bu  kantor təkcə Rusiyadan 63 milyard rubl pul  aparıb. 
Maraqlıdır, görəsən, Mosbet  Azərbaycandan neçə milyon manat aparıb ? 
Mövzuya qayıdacağıq.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/скачать dle 12.1