Dünən Mərkəzi Bank 2021-ci ildə bank sektorunun yekun göstəricilərini açıqlayıb. Pandemiya ucbatından iqtisadi böhranlarla yadda qalan 2020-ci illə müqayisədə ötən il banklar iqtisadi göstəricilərini yaxşılaşdıra bilib.
Deməli, ötən il ölkəmizdəki bankların xalis mənfəəti 609 milyon manat olub.
Məlumat üçün qeyd edək ki, 2020-ci ildə bankların xalis mənfəəti 568 milyon manat olmuşdu.
Deməli, banklar ötən 2020-ci illə müqayisədə 41 milyon manat daha çox mənfəət əldə ediblər.
Hazırda Azərbaycanda 26 bank fəaliyyət göstərir.
Mərkəzi Bankın açıqlamasından bəlli olur ki, həmin bankların 23-ü ili mənfəətlə, üçü isə zərərlə başa vurub.
Zərərlə işləyən banklardan birinin Türkiyənin Yapı Kredi Bankının Azərbaycan filialı olduğunu görəndə xeyli təəccübləndik.
Görəsən, niyə Yapı Kredi Bank zərərlə işləyib ?
Bəlkə, bu bank öz gəlirlərini gizlədir ?
Axı, heç kimə sirr deyil ki, Yapı Kredi Bank ən yüksək faizlə istehlak kreditləri verir…
Yeri gəlmişkən, Yapı Kredi bankın biznes kreditləri də kifayət qədərdir.
Bəs, onda bu bankın zərərlə işləməsinin səbəbi nədir ?
Axı, ölkəmizdə fəaliyyət göstərən banklar arasında Yapı Kredi Bank elə də yüksək əmək haqqı vermir.
Görəsən, bu bankın illik xərcləri nə qədərdir ?
Sözün düzü, əlimizdə konkret rəqəmlər olmadığı üçün konkret nəsə demək istəmirik.
Amma, görəsən, Mərkəzi Bankın sədri cənab Elman Rüstəmov niyə maraqlanmır ki, bu bank nə üçün zərərlə işləyib ?
Onsuz da bu gün təkcə banklar deyil, digər biznes qurumları da öz gəlirlərini az göstərir, xərclərini çox göstərərək, xalis mənfəəti azaldırlar.
Və beləcə dövlət büdcəsinə ödənilən vergilər azaldılır.
Yapı Kredi Bankla bağlı onu deyə bilərik ki, bu bank həmişə medianın diqqət mərkəzində olub, daha doğrusu, bankda baş verən neqativ hallar ictimailəşib.
Ancaq az müddət sonra bankın “makler”ləri saytlarla “sövdələşərək” yazıları sildiriblər.
Görəsən, bankın rəhbərliyi bu “bazarlığı” qardaş Türkiyədə edə bilərdimi ?
Əlbəttə, yox.
Digər tərəfdən Yapı Kredi Bank reklam vermək adı ilə bir çox media qurumlarının “ağzına daş basıb”.
Növbəti yazıda Yapı Kredi Bankda əhalinin depozitləri ilə bağlı araşdırma yazısını dərc edəcəyik.
Bizi izləyin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/
Medianı “reklamla” susduran Yapı Kredi Bank 2021-də niyə zərərlə işləyib ? - Banklar xalis mənfəəti az göstərməklə vergidən yayınırlar…
03
fevral
11:38
Qarabağ
KOMMENTLƏR
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri niyə azalır ?- Bank əməkdaşlarından ingiliscə bilməyi niyə tələb edir ?
"Ziraat Bank”ın xalis mənfəəti 33% azalıb
“Bank BTB” 2022-ci ilə 3 milyon manatdan çox zərərlə başladı - Minimum həddə yaxınlaşıb
Əsgərovun həyat yoldaşına məxsus bankın gəlirləri 105 dəfə azalıb
“Bank of Baku”nın xalis mənfəəti 48%-dən çox azaldı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı