“Bank of Baku” 2020-ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb.
“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, bankın cəmi aktivləri 2019-cu ilin son rübü ilə müqayisədə 28 milyon 469 min manat artaraq 409 milyon 563 min manata çatıb. Bunun əsas səbəbi isə bankın müştərilərinə veridiyi xalis kreditlərin 19 milyon 482 min manat artaraq 239 milyon 337 min manat olmasıdır. Müştərilərə verilən kreditlərin bölgüsündə istehlak kreditləri 16 milyon 217 min manat azalaraq 229 milyon 712 min manata, biznes kreditləri 13 milyon 16 min manat artaraq 94 milyon 940 min manata, daşınmaz əmlak kreditləri isə 4 milyon 538 min manat artaraq 13 milyon 292 min manata bırabər olub.
“Bank of Baku”nun cımi öhdəlikləri 16 milyon 78 min manat artaraq 333 milyon 164 min manat olub. Artımın əsas səbəbi bankın müştərilərindən topladığı depozit portfelinin 10 milyon 263 min manat artaraq 193 milyon 485 min manat olmasıdır. “Bank of Baku”da fiziki şəxslərin depozitləri 6 milyon 476 min manat artaraq 171 milyon 531 min manat,hüquqi şəxslərin depozitləri isə 3 milyon 787 min manat artaraq 21 milyon 954 min manat olub.
Bankın cəmi kapitalı 76 milyon 398 min manat olub ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə12 milyon 391 min manat çoxdur.
“Bank of Baku”nun faiz gəlirləri 53 milyon 602 min manat, faiz xərcləri isə 11 milyon 644 min manat olub. Buna görə də bankın xalis faiz gəliri 41 milyon 957 min manat təşkil edib. Qeyri-faiz gəlirləri 9 milyon 397 min manat, qeyri-faiz xərcləri isə 32 milyon 827 min manata bərabər olub. Nəticədə bankın əmliyyat mənfəəti 11 milyon 253 min manat artaraq 18 milyon 527 min manata çatıb.
Bankın xalis mənfəəti 2019-cu ilin yekun rübü ilə müqayisədə 11 mliyon 898 min manat və ya 48.4% azalaraq 12 milyon 672 min manata enib. Buna görə də bankın mənfəət vergisi 2 milyon 458 min manat azalaraq 4 milyon 503 min manata düşüb.
“Bank of Baku”nun tutumlardan sonrakı məcmu kapitalı 33 milyon 820 min manat artaraq 88 milyon 43 min manata yüksəlib.
Bank of Baku2020 (IV Rüb)2019 (IV Rüb)Fərq
Cəmi Aktivlər409,563381,094+28,469
Cəmi Öhdəlik333,164317,086+16,078
Cəmi Kapital76,39864,007+12,391
Xalis Kredit239,337219,855+19,482
İstehlak Krediti229,712245,929-16,217
Biznes Krediti94,94081,924+13,016
İpoteka Krediti13,2928,754+4,538
Depozit193,485183,222+10,263
Fiziki Şəxslərin Depozitləri171,531165,055+6,476
Hüquqi Şəxslərin Depozitləri21,95418,167+3,787
Faiz Gəliri53,60243,025+13,577
Faiz Xərci11,64411,704-60
Xalis Faiz Gəliri (Zərəri)41,95731,321+10,636
Qeyri-Faiz Gəliri9,3979,176+221
Qeyri-Faiz Xərci32,82733,223-396
Əməliyyat Mənfəəti (Zərəri)18,5277,274+11,253
Xalis Mənfəət (Zərər)12,67224,570-11,898
Mənfəət Vergisi4,5036,961-2,458
Məcmu Kapital88,04354,223+33,820
скачать dle 12.1