Fuad İbrahimovun atası, “Təzə Bazar”ın sahibi  Məmmədağa  bazarı 15 milyona  Qod Nisanova satıb....


Son bir neçə ildə Abşeron rayonu ilə  bağlı ŞOK xəbərlər oxuyuruq...
Rayonun BAŞ MEMARI həbs edildi...
Abşeronda  “Kommunxoz”un rəisi  qandallandı...
İcra başçısı İradənin bacısı oğlu qəfəsə  salındı...
Bu nə  rayondur, nə  rüsvayçılıqdır, buranın bir rəhbəri-zadı yoxdur..? 
İki gündür  ölkə mediası, sosial şəbəkələr, yutub kanalı və s  dayanmadan yazır:
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçiriblər.
Məlumata görə, əməliyyat zamanı idarənin rəisi, müavini və bir neçə əməkdaşı saxlanıb. Onları xüsusi avtomobillərə əyləşdirib aparıblar.
Adam,  bu idarə rəisinin adı, familyası yoxdur ? 
İdarə rəisinin müavini kimdir, nəçidir ? 
Əməkdaşları  kimdir ? 
Baş prokurorluq isə  bu gün xəbər verib ki, araşdırılandan sonra  xəbər verəcəyik. 
Deməli, ölkənin Baş Prokurorluğu 2 günə  bu adamların kimliyini müəyyən edə bilməyib ? 
Heç olmasa, saxlanılan vəzifəli şəxslərin adını, soyadını yazın də...
Yazını hazırladığımız son dəqiqələrdə məlum oldu ki, 
əməliyyat səhər saatlarında keçirilib. Xüsusi əməliyyat qrupu idarənin rəis müavini Etibar Qasımovu, bir neçə mühəndisi, sektor müdirini, baş qeydiyyatçını və qəbul şöbəsinin bir əməkdaşını saxlayıblar (Etibat Qasımovun Zaqataladakı fəaliyyəti araşdırılmalıdır, bu başqa bir yazının mövzusudur). Ümumilikdə saxlanılan 10-dan çox vəzifəli şəxs xüsusi avtomobillərlə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb.
Son  xəbərdən bəlli olur ki, əməliyyat zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi, təzə bazarı yenicə 15 milyona satmış, atasının adına saxta sənədlər düzəltmiş Fuad İbrahimov saxlanılmayıb.
Həə, indi keçək suallara...
Birincisi, ilk  məlumatda idarə rəisinin ( Fuad İbrahimovun ) da həbs olunduğu  yazılmışdı...
Necə oldu 2 gündən sonra bəlli oldu ki, Fuad İbrahimov həbs olunmayıb...
İkincisi, qeydiyyatçı, mühəndis....yox bir xadimə....kimdir ki, korrupsiya və rüşvətxorluqla məşğul olsun..? 
Hətta  idarə rəisinin müavini  Etibar Qasımov istəsə belə  korrupsiya ilə məşğul ola bilməz. Çünki  bütün saxta sənədlərə vurulan möhür-peçat idarə rəisi  Fuad İbrahimovda olur, cənablar...
Başa düşdünüzmü..?
Bəli, neçə illərdir icra başçısı İradə Gülməmmədovanın başçılığı və  Fuad İbrahimovun  vasitəçiliyi ilə Abşeronda torpaqlar qanunsuz olaraq sənədləşdirilərək satılıb. 
Bələdiyyəyə aid olmayan, təyinatı qeyri-müəyyən  olan torpaq sahələri  və digər ərazilər  Abşeron RİH-nin  və Abşeron  “BTİ”-nin saxta sənədləri ilə özəlləşdirilib. Hətta özgəsinin qanuni  torpağını da  bu cinayətkar dəstə saxta sənədlə  başqasına satıb. 
Bir sözlə, İradə Gülməmmədovanın yaxın komanda üzvləri  yavaş-yavaş Kürdəxanıya gedir. 
Bəs, gəlin görək,  Fuad İbrahimov kimdir ? 
Fuad  İbrahimov məşhur  “Təzə Bazar”ın sahibi Məmmədağa  İbrahimovun oğludur. 
Məlumdur ki,  “Mərkəzi Bazar” MMC-nin sahibi  olan Məmmədağa  İbrahimov bazarı 15 milyona  məşhur azərbaycanlı milyarder Qod Nisanova satıb. 
Sözün qısası, ata-bala  satmaqla məşğuldur. 
Amma  oğul  Fuad  İbrahimovun Abşeronda qazandığı milyonlar  atası Məmmədağanın aldığı  15 milyondan dəfələlə çoxdur. 
Deməli,  Fuad  İbrahimovun yolu  mütləq  Kürdəxanıdan keçməlidir.
Növbəti sayımızda Fuad İbrahimovun Şirvanda və Abşeronda törətdiyi özbaşınalıqlar haqqında yazı dərc edəcəyik. Bizi izləyin. /Gundelik-baku.com/скачать dle 12.1