Qeydiyyatçı, mühəndis, lap müavin rəisin xəbəri olmadan cinayət edə bilməz…
İradə Gülməmmədova ilə Fuad İbrahimovun birgə cinayət əməlləri araşdırılmalıdır…
Məlumdur ki, bir ay öncə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçirdi.
Xüsusi əməliyyat qrupu idarənin rəis müavini Etibar Qasımovu, bir neçə mühəndisi, sektor müdirini, baş qeydiyyatçını və qəbul şöbəsinin bir əməkdaşını saxlayıblar. Ümumilikdə saxlanılan 10-dan çox vəzifəli şəxs xüsusi avtomobillərlə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb.
İlkin xəbərdə əməliyyat zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrahimovun saxlanıldığı bildirilsə də, sonradan onun saxlanılmadığı qeyd edildi.
Xəbərdə 10-dan çox tutulan şəxsin Fuad İbrahimovun XƏBƏRİ OLMADAN əlbir olaraq qanunsuz əməllər törətdiyi bildirilirdi.
Həqiqətən də heç uşağın inana bilməyəcəyi dərəcədə primitiv yalandır.
Axı, idarənin rəisi Fuad İbrahimovun xəbəri olmadan 10 nəfərdən artıq şəxs necə əlbir olub cinayət əməli törədə bilərdi ?
Görəsən, idarənin adi mühəndisi, yaxud qeydiyyatçı necə rüşvət ala bilərdi..?
Lap idarənin rəis müavini Fuad İbrahimovun möhürü-“peçatı” olmadan kiməsə hansısa sənəd verə bilərdimi..?
Axı, idarənin bir möhürü olur və o da idarənin rəisi Fuad İbrahimovda olur. Qeydiyyatçıda, mühəndisdə, lap müavinin özündə möhür olmur.
Möhürün vurulmadığı istənilən sənəd isə zibil qabına atılan kağız parçasıdır.
Belə olan halda necə ola bilər ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 10-dan artıq işçisi həbs olunur və…
Yuxarıda qeyd etdiyimiz kimi ilkin xəbərdə Fuad İbrahimovun həbs olunduğu məlumatı yayılsa da….sonradan təkzib olundu.
Görəsən, nə baş verdi ki, idarənin az qala yarısı həbs olunduğu halda Fuad İbrahimov həbsdən yayına bildi..?
Sonra maraqlı məqam odur ki, 10-dan artıq həbs olunanların adını heç kim açıqlamır.
Təkcə rəsmi xəbərdən idarənin rəis müavini Etibar Qasımovun həbs olunduğu bəlli olur. O da həbsdən 3 gün sonra.
Niyə..?
Görəsən 10-dan artıq həbs olunan şəxsin kimliyini müəyyən etmək bu qədərmi çətindir ?
Çox maraqlıdır ki, həbsdən 35 gün keçsə də rəsmi dövlət qurumları heç bir rəsmi xəbər vermirlər. Niyə..?
Cənablar, icazə verin, şübhələnək ki, burada nə isə böyük bir müəmma var. Axı, bunun başqa adı ola bilməz, çünki bu qədər böyük rezonansa səbəb olan səsli-küylü bir cinayət işində adı hallanan müəssisənin rəhbəri olan şəxsin haqqında heç bir ölçü götürülməsin və aydan arı, sudan duru və ya odda yanmaz, suda batmaz misalı. Deyilənə görə, Fuad İbrahimov həmin gün, yəni işçilərinin həbs olunan günü böyük şadyanalıq məclisində deyib ki, çox sağ olsun adaşımı bizə böyük köməklik göstərdi. Onun sözü müzakirə olunmur. Biz isə öz növbəmizdə deyirik ki, hörmətli Abşeron BTİ-nin, işçiləri cinayət başında yaxalanan rəisi Fuad İbrahimov cəmiyyətdən heç nəyi gizlətmək olmaz. Sənin adaşım dediyin adam çox keçməz bilinər ki, kimdir. Amma sənə bir məsləhət verərdik ki, hörmətli adamların adını içki məclislərində çəkməzlər, yerin də qulağı var.
İndi isə, görək, hadisənin baş qəhrəmanı olan, amma azadlıqda gəzən Fuad İbrahimov kimdir və nəçidir..?
Məlumat üçün qeyd edək ki, Fuad İbrahimov məşhur “Təzə Bazar”ın keçmiş sahibi Məmmədağa İbrahimovun oğludur.
O da məlumdur ki, “Təzə Bazar” MMC-nin sahibi olan Məmmədağa İbrahimov bazarı 15 milyona məşhur azərbaycanlı milyarder Qod Nisanova satıb.
Amma oğlu Fuad İbrahimovun Abşeronda qazandığı milyonlar atası Məmmədağanın aldığı 15 milyondan dəfələrlə çoxdur.
Deyirlər ki, Fuad İbrahimov təkcə Abşeronda deyil, Şirvanda və digər yerlərdə də böyük özbaşınalıqlar törədib.
Bəli, Fuad İbrahimov Abşeron RİH-nin sabiq başçısı İradə Gülməmmədovanın sağ əli olub, onlar rayonda xeyli sayda obyektləri və torpaqları qanunsuz yolla özəlləşdiriblər və..
Bəli milyonlar qazanıblar. Amma…
Əmması odur ki, müharibə veteranı olan şəxs yazır ki, bütün dövlət orqanları tərəfindən mənə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət sənədi almağım üçün verilən rəylərdən, kadastr sənədindən, arxiv arayışından, İH-nin razılaşdırma məktubunun olmasına baxmayaraq AR Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi cənab F.İbrəhimov əsassız olaraq 24 avqust 2021-ci il tarixli imtina məktubu ilə qəsdən imkan vermir ki, mənə müharibə veteranı kimi verilmiş torpaq sahəmə mülkiyyət sənədi alım.
İndi gördünüzmü, Fuad İbrahimov kimdir ?
İradə Gülməmmədova ilə əlbir olaraq torpaqlara saxta sənədlər verən Fuad İbrahimov müharibə veteranının qanuni torpaq sahəsinə mülkiyyət sənədi vermir.
Hansı ki, müharibə veteranının əlində bütün dövlət qurumlarından verilmiş rəsmi sənədlər var.
Deməli, Fuad İbrahimovun mütləq Kürdəxanıya yolu düşməlidir ki, orada olan abu-havanı görsün və bilsin ki, başqasının malına göz dikmək olmaz.
Xatırladaq ki, yazıda müxtəlif saytların məlumatlarından da istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/
Abşeron “BTİ”-nin rəisi Fuad İbrahimov niyə həbs olunmur? - Onun möhürü olmadan kim rüşvət ala bilərdi…?
30
mart
14:38

Qarabağ
KOMMENTLƏR
Abşeronda həbs olunanların adı niyə açıqlanmır ..? - Abşeron “BTİ”-nin rəisi Fuad İbrahimovun icazəsi olmadan müavini, mühəndis, qeydiyyatçı...necə rüşvət ala bilərdi..?
Bu idarədə əməliyyat keçirildi - Saxlanılanlar var
Bu rayonda xüsusi əməliyyat keçirildi - Saxlanılanlar var
Azərbaycanda korrupsiyaya qarşı ƏMƏLİYYAT: Vəzifəli şəxslər saxlanıldı
DTX-dən Beyləqanda əməliyyat: Vəzifəli şəxs saxlanıldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat