Məlumdur ki, iki gün öncə “Yeni Müsavat”ın efirində yayımlanan “Dərin Təhlil” verilişində Azərbaycan Xalq Partiyasının sədri, keçmiş Baş nazir  Pənah Hüseynlə siyasi analitik, Əməkdar jurnalist, bir neçə media  qurumunun Baş  redaktoru  olan Tofiq Abbasov canlı efirdə əməlli-başlı  əlbəyaxa olublar.
Birinci,  verilişin adından başlayaq. 
Əgər  əlbəyaxa olmaq, süpürləşmək, təpikləşmək…DƏRİN TƏHLİL-dirsə,  kül  bu cameənin başına…
Əə, sizin  analitik-təhliliniz, dərin analiziniz budur…?
Ən azı obtyektivlik naminə qeyd edək ki, kimlərinsə xoşu gəlməsə də, gəlsə də bu adam az müddət olsa da ölkəmizin Baş naziri olub. 
O birisi yəni Tofiq Abbasov da  az-çox tanınmış simadır, vaxtilə  sabiq dövlət katibi Lalə Şövkətin köməkçisi olub. 
Verilişin aparıcısı  da kimlərinsə simpatiyasından, yaxud antipatiyasından asılı olmayaraq  böyük bir media qurumunun BAŞÇISI  Rauf Arifoğludur. 
Bu  3 nəfər BAŞ-ın (yəni Baş Nazir, Baş redaktor, Baş redaktor) müzakirəsində  söyüş-təhqir, şillə-təpik…oldu  heç nə. 
Həm də söhbət kiminsə dədəsinin evindən getmir ee….cəmiyyətin qarşısında baş verənlərdən gedir. 
Yaxşı baş verən bu rüsvayçılıq, həm də cinayət əməli ilə bağlı  hansı tədbir görüldü..?
Necə olur ki, 2 cavan yeniyetmə  mübahisə edən kimi qandallayıb  bölməyə aparıb dərsini verirsiniz, amma  3 nəfər cəmiyyətin  qarşısında bir- birinə  DÜDÜK, DÜDÜK SƏNİN BÖYÜYÜNDÜR deyir, yumruqlaşır, amma…
Hüquq-mühafizə orqanları bu barədə susmağa üstünlük verir. 
Biz kiminsə həbs olunmasını arzulamırıq, ictimaiyyət qarşısında kimisə söyüb təhqir etmə ilə bağlı bir maddə, döymə ilə bağlı bir maddə, ictimaiyyətə hörmətsizliklə bağlı bir maddə və o biri maddələri saymırıq. Cənablar, bu şəxslər Somalinin cəngəlliklərində biri-biriləri ilə söyüşüb dalaşmayıblar, bunlar 10 milyonluq Azərbaycan xalqının gözü qarşısında bir-birini qırıblar. Gənclər bunlardan hansı örnəyi götürəcək. Bu gün Pənah Hüsynlilərə, Tofiq Abbasovlara və məkanın sahibinə qarşı (məkanın sahibinin burada günahı yoxdur, ona da qarşı hörmətsizlik olunub) hansısa bir addım atılmayanda, sabah Abduləli kişinin nəvəsinə nə cavab verəcəyik. Elə o da hara baxsa deyəcək ki, Abduləli şaq-şaq.....
Amma cəmiyyətdə tərəzinin gözü pozulanda….XİYAR ƏYRİ BİTİR…
Biz hamıya eyni gözlə baxmalıyıq, cənablar. /Gundelik-baku.com/
скачать dle 12.1