Hər gün “parkovka”larda ödənilən pullar kimin cibinə gedir ?
Nəqliyyat problemi bu gün dünyada ən ciddi problemdir.
Təsəvvür edirsiniz, bir gündə bir neçə milyon avtomobil nəqliyyatını idarə etmək həqiqətən də asan məsələ deyil.
Bununla bağlı Gündəlik-Bakı illər öncə Nəqliyyatın İntelekktual İdarəretmə məsələsini qaldıranda çoxları bu barədə bəlkə də heç nə bilmirdi.
Yəni biz illər öncə yazdıq ki, nəqliyyat intellektual idarə olunmalıdır.
Sonradan bu məsələ diqqəti cəlb etdi və nəhayət sabiq nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi altında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ( NİİM ) yaradıldı.
Və NİİM üçün 100 milyonlarla manat dövlət vəsaiti sərf olundu. Amma nəticə olmadı. Ziya Məmmədov və onun “şayka”sı 100 milyonları yeyərək aradan çıxdı.
Biz kimisə ittiham etmək fikrində deyilik. Amma...
Yenə təkrar edirik ki, 1 milyonluq nəqliyyat polis çubuğu ilə deyil, intellektual idarə olunmalıdır. Bütün dünyada belədir.
Yəni loru dildə desək, nəqliyyat axınları ( potok ) elmi qaydada idarə olunmalıdır, polis çubuğu ilə deyil...
Nə isə, bu problemi aradan qaldırmaq üçün Bakı şəhərində “parkovka” məsələsi ortaya çıxdı.
Çoxları düşündü ki, bu yolla problem həll oluna bilər.
Amma təəssüf ki, “parkovka” məsələsini də bir çox məmurlar özləri üçün biznesə çevirdi.
Təsəvvür edirsiniz, vətəndaş öz evinin qarşısında avtomobilini saxlamaq üçün pul ödəməlidir.
Və “parkovka”da dayanan şəxslər sürücülərdən pul alır, amma çek vermir.
Yaxşı bir gündə Bakı şəhərində minlərlə sürücü pul ödəyir, “parkovka” olur, amma ödənilən pul hansı hesaba daxi olur ?
Bu barədə kimsə bilmir.
Bakı Nəqliyyat Agentliyi deyir ki, Bakı şəhərindəki bütün parkovka yerləri pulsuzdur.
Bəs onda qanunsuz pul yığanlar kimlərdir ?
Ümumiyyətlə, pul hansı tariflə yığılır ?
BNA rəsmisi deyir ki, parkovka üçün puldan söhbət gedə bilməz...
Bəs hər gün minlərlə insan pul ödəyir.
Bəs tərtib olunan protokollar hara gedir ?
Əslində müasir dünyada bu problem sivil yolla həll olunur.
Bizdə isə, kimlərinsə marağındadır ki, bu sahədə qayda-qanun yaradılmasın...
Və milyonlar dövlətin büdcəsinə deyil, kimlərinsə cibinə getsin...
Məlumat üçün qeyd edək ki, 2018-ci ilin aprel ayından etibarən bütün parklanma yerləri, dayanacaqlar və s. Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib.
Və Bakı Şəhər İcra Hakimiyyətində (BŞHİ) parklanmaya cavabdeh qurum ləğv olunub.
Və əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan 423 parklanma yeri BNA-ya təhvil verilib. /Gundelik-baku.com/
“Parkovka”, yoxsa bəzi məmurların biznesi…? - Vətəndaş evinin qarşısında avtomobil saxlaya bilmir…
18
yanvar
13:43
Qarabağ
KOMMENTLƏR
Nəsimi rayonunda az qala səkilərə də ŞLAQBAUM qoyulub… - Parkovka adı altında hər gün külli miqdarda pul yığılır…
“Nehrəmli Əli…” kimilər Bakının küçələrində reketlik edir.. - Paytaxtda “parkovka” məsələsi ciddi problemə çevrilib…
“Ziyanın qoçuları” getdi, BNA gəldi…nə dəyişdi ? - BNA niyə hər il ziyanla işləyir ..?
Ziya Məmmədov nazir olmasa da onun “ruhu” Bakı Avtovağzalında dolaşır… - Avtovağzalda yığılan pullar kimlərin cibinə gedir…
Paytaxtın hər rayonunda, hər qəsəbəsində yol polisi varsa… - Bakı Şəhər Dövlət Yol Polis İdarəsi nəyə lazımdır ?
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı