40-50 faiz su itkisi, yoxsa şəxsi hesablara köçən milyonlar..?
Cənab Zaur Mikayılov düz 1 il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunub.
Yəni cənab Prezident öz kursuna uyğyn olaraq gənc kadrlara şərait yaradıb və onlara böyük etimad göstərir.
Gənc kadr da bu etimadı doğrultmağa çalışmalıdır. Həm də cənab Prezident dəfələrlə deyib ki, idarəetmədə ciddi islahatlara ehtiyac var.
Bizim məqsədimiz hörmətli Zaur Mikayılovu deyil, onun ətrafında olan köhnə korrupsioner kadrları ittiham etməkdir.
Amma cənab sədr Zaur Mikayılov da düşünməlidir ki, cənab Prezidentimiz ona ömürlük etimad göstərməyib ee, etimadın da bir limiti var.
Axı, nə vaxta qədər Zakir Quliyevlər, Rafiq Aslanovlar Azərbaycanda su təsərrüfatının başında "YEZİD" kimi dayanacaqlar..?
Söhbət Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri Zakir Quliyev və Rafiq Aslanovdan gedir.
Bəlkə də çoxlarına ASC adi bir qurum kimi gələ bilər. Amma biz ASC-nin tabeçiliyində olan idarələrin, müəssisələrin uzun-uzadı siyahısını yazıb oxucunu yormaq istəmirik. Dəfələrlə ASC-nin sturkturasını bütövlükdə yazıb dərc etmişik.
Yəni bu qurumun miqyası və qurumda baş verən korrupsiyanın “razmeri” dəhşətli dərəcədə böyükdür. Və söhbət yüz milyonlardan gedir.
Bəli, cənab Prezident İlham ƏIiyev müşavirədə dedi ki, Azərbaycanda su itkisi 40-50 faizdir.
Təsəvvür edirsiniz, heç bir müasir texnologiyanın olmadığı kənddə 40-50 faiz su itkisi ola bilməz.
Deməli, bu qədər suyu sahibkarlara, balıq vətəgəsi işlədənlərə, biznesmenlərə satıb milyonları mənimsəyiblər və adını da qoyublar su itkisi.
Əgər belə olmasaydı ASC-nin sədr müavini Rafiq Aslanovun oğlu milyon dəyəri olan avtomobil kolleksiyasını hansı pulla ala bilərdi..?
İndi isə Rafiq Aslanovun oğlunun bahalı avtomobil kolleksiyasına baxın.
Avtomobillərinin nömrələri soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb: “Kolleksiyada Bentley, Range Rover, Mercedes S Class, C Class, E Class da daxil olmaqla xeyli sayda avtomobil var. Nömrələrindən asılı olmayaraq fotolardakı avtomobillər eyni kolleksiyasındandır”.
Yaxud ASC-nin digər sədr müavini Zakir Quliyev Cavad yolunun üstündəki ŞAMLIQ şadlıq sarayını, Çuxuryurddakı qoşa villaları, Sabirabadda, Cavadda, Bakıda evləri, obyektləri, rayondakı fermaları, qoyun sürülərini, balıq vətəgələrini və s hansı pulla alıb..?
Görəsən Zakir Quliyev qum-çınqıl sexlərini gecə-gündüz hansı maliyyə ilə işlədir ?
Əlbəttə, Prezidentin dediyi 40-50 faiz su itkisinin hesabına.
Bəli, Zakir Quliyev və Rafiq Aslanov uzun illər qurumun tabeçiliyində olan idarələrə məxsus texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satıb yüz minlər qazanıblar.
Hələ saxta tenderləri, geri qaytarılan “otkat”ları demirik.
Qısa məlumat üçün qeyd edək ki, Zakir Quliyev ASC-də hələ sədr müavini olmadığı vaxt uzun illər Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsinin müdiri olub və vəzifəsindən çıxıb ASC-yə müavin gələndə xalası oğlu Elman Nuriyevi öz yerinə təyin edib.
Rafiq Aslanovun isə Londonda mülkləri, biznes şəbəkəsi, Türkiyədə otelləri və s.
Rafiq Aslanovun bacısıoğlu “Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev təkcə bir kranı 1 milyon manata sataraq mənimsəyib.
Bəli, ona görə, Rafiq Aslanovun Londonda mülkləri, biznes şəbəkəsi, Türkiyədə otelləri var.
Bəs görəsən 1 ildir ASC-nin sədri olan Zaur Mikayılov bütün bu işlərə niyə susur?
Bu biizm üçün də maraqlıdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/
Zakir Quliyevlər, Rafiq Aslanovlar nə qədər SUYUN başında "YEZİD" kimi dayanacaqlar..? - Görəsən ASC-nin sədri Zaur Mikayılov niyə susur ?
29
mart
14:33
Qarabağ
KOMMENTLƏR
Cənab Zaur Mikayılov, bəs nə oldu islahat? - Nə qədər ki, Rafiq Aslanov, Zakir Quliyev vəzifədədir, su itkisi 60-70 faizə çatacaq…
Rafiq Aslanov 39 ildir SU-dan doymur...- ASC-nin yeni sədri Zaur Mikayılov hara baxır ?
“Meliorasiya və Su”nun sədri Zaur Mikayılova suallar.. - Nə qədər ki, “suyun başında” Rafiq Aslanov, Zakir Quliyev dayanır…
29 ildir ki, Rafiq Aslanov “MELİorasiya”nı MƏLƏDİR... - 40-50 faiz su hara itə bilər, Rafiq Aslanov ?
Prezident deyir ki, su itkiləri 40-50 faizə çatır…- Su itmir, milyonlarla vəsait Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyasına xərclənir…
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı