“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti  ilə bağlı uzun-uzadı yazmadan qısaca onu deyə bilərik ki, ölkədə bu boyda stukturu, idarələri, bazaları, maddi-texniki avadanlıqları olan, nazirlik az ola bilər. 
Yəni bu qurum sıradan bir ASC deyil. Bu qurumun dövriyyəsində milyonlar dövr edir. 
İkincisi, bu qurum haqqında konkret sözü cənab Prezident İlham Əliyev deyib. 
Məlumdur ki, iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirilib. Və cənab ölkə başçısı deyib ki, əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik: “ İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir”. 
Bəli, DÖZÜLMƏZDİR...
Və cənab Prezident bütün  bunları nəzərə alaraq  Zaur Mikayılovu  ASC-yə sədr  təyin edərkən qəbul etdi və dedi:
“Sizi bu vəzifəyə təyin edərkən bu tövsiyələrimi verərək əmin olduğumu bildirmək istəyirəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız”. 
Cənab Zaur Mikayılov, siz bu etimadı doğruldursunuzmu?
Axı, vəzifəyə təyin olunduğunuz 1 ilə yaxındır. 
Amma ASC-də  40-50 faiz  suyun itkisinə səbəb olan  sədr müavinləri  Rafiq Aslanov, Zakir Quliyev, Aparat Rəhbəri Cahan Məmmədov və başqaları yenə əvvəlki kimi maxinasiyalarla məşğul olur, yenə pul qazanırlar. 
Cənab  Zaur Mikayılov ! 
Əslində 40-50 faiz su itkisi  olmayıb. Həmin suyun dəyəri olan milyonlar Rafiq  Aslanovun,  Zakir Quliyevin cibinə gedib və bu gün həmin milyonlar  Londonda, Parisdə, Çexiyada mülklərə çevrilib və biznesə sərf olunub. 
Təkcə bir nümunə deyək. 
Həmin pulların yetərli hissəsi  ASC-nin  tabeçiliyində olan Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədov  kimi  idarə rəsilərinin  şəxsi  əmlakına dönüb. 
Söhbət təkcə  Elçin Əsədovdan getmir. Digər İdarə rəisləri də  dövlət vəsaitini mənimsəyərək milyonçuya çevriliblər. 
ASC-yə məxsus idarələr nə qədər köhnə avadanlıqları, nasosları “kraska”layaraq təzə adı ilə sənədləşdirib satacaq, milyonlar qazanacaq ? 
ASC-nin İdarə rəisləri hələ neçə il  fermerlərdən 5 dəfə artıq  rüsum tələb edəcək, idarəyə ayrılan  yanacağı, transformatorları, elektrik mühərriklərini, nasos aqreqatlarını  satacaqlar ? 
Buna bir DUR deyən olmayacaq, cənab Mikaylov ? 
Yaxşı, cənab  Zaur Mikaylov, bunları keçmişin ayağına yazaq. 
Bəs gəldiyiniz 1 ildə hansı  yeniliyə, hansı islahata nail oldunuz ? 
Atalar demişkən, köhnə hamam, köhnə....su anbarları...
Bu bir ildə nə dəyişdi ? 
Yenə Rafiq Aslanovun, Zakir Quliyevin  korrupsioner çevrəsi  əvvəlki  əməllərini davam etdirir. 
Yenə bəndvurma, gil təmizləmə, kanalların təmiri, yeni avadanlıqların alınması adı altında dövlətin milyonları talan olur. 
Yenə fermerlər, sahibkarlar, balıq yetişdirən nohur sahibləri, adi kəndlilər  su idarələrinin rəsilərinin əlindən beziblər. 
Vallah, belə davam edərsə, bir neçə ildən sonra ölkədə su itkisi  60-70 faizə çatacaq. 
İndi özünüz nəticə çıxardın, cənab  Zaur Mikayılov. /Gundelik-baku.com/

скачать dle 12.1