Nizami həbs olundu, bəs Nizam  Osmanov ..? 

JEK rəisi həbs olunur, amma onun “şefi”  Nizam Osmanov  azadlıqdadır…


Azərbaycan Müdafiə Nazirliyi  sistemində son 1 ildə baş verən həbslər  son 30 illik müstəqillik dövrümüzdə  olmayıb. 
İlkin olaraq onu qeyd edək ki,  44 günlük  Zəfər qələbəsindən sonra  Müdafiə Nazirliyinin Baş Qərargah rəisi  Nəcməddin Sadıkov, sonra isə ona yaxın olan general Xaqani Cəbrayılov zərərsizləşdirildi və Müdafiə Nazirliyi sistemindən uzaqlaşdırıldı. 
Bu generalların biznes şəbəkəsi, mal-qara ferması, hərbi hissələrdəki  mağazaları, 10 milyonluq villaları, MAXE biznesi, Müdafiə Nazirliyi sistemindəki maxinasiyaları  barədə uzun-uzadı yazmağa ehtiyac hiss etmirik. 
Onsuz da son bir ildə bunların barəsində ölkə mediasında kifayət  qədər yazılıb. 
Ancaq  bu iki generalın məsələsi ANONS oldu ki, Müdafiə Nazirliyi sistemində ciddi təmizləmə prosesinə start verilib. 
Sonrakı mərhələdə daha  ciddi faktlar ortaya çıxdı. 
Belə ki, Müdafiə Nazirliyinin generalı 80 milyon  mənimsəməyə görə, həbs olundu. 
Bəli, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olundu. General-mayor Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Nizami Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İlkin məlumata görə, Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir.
Təsəvvür edirsiniz, Müdafiə Nazirliyinin Maliyyə idarəsinin rəisi  81 milyon  manatı  mənimsəyib, amma bundan nazirin xəbəri olmayıb..? 
Buna heç dağda qoyun otaran çobanı da inandırmaq olmaz. 
Axı, heç bir qurumda Maliyyə İdarəsinin rəisinin möhürü-peçatı olmur, cənablar…
Nazir, o boyda “summa”nın mənimsənilməsindən necə bixəbər ola  bilərdi ki…
Hələ bu harasıdır ?
Növbəti  xəbəri təqdim edirik:
Sonra Maliyyə İdarəsinin şöbə müdiri Rafael Xəlilov  10 milyon manat mənimsəməyə görə həbs olundu. 
Daha  sonra Bakı Hərbi Məhkəməsinin qərarı ilə Müdafiə Nazirliyinin QURU  Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu həbs edilib. Bakı Hərbi Məhkəməsi bildirir ki, zabit 2 milyon 635 min manat pul mənimsəməkdə ittiham olunur.
Bu siyahını kifayət qədər  uzatmaq olar. 

Yaxşı  bütün bunlar ortada olduğu halda MN-nin Maddi Texniki Təminat Baş İdarəsinin rəisi, general Nizam Osmanov niyə HƏBS olunmur ?
Axı, həbs olunan şəxslər  Nizam Osmanovla müqayisədə  xırda  fiqurlardır. 
Belə ki, biz Gündəlik-Bakı olaraq neçə illərdir ki, Müdafiə Nazirliyində baş verən  rüşvət və korrupsiya əməlləri ilə bağlı konkret olaraq faktlara söykənən  araşdırma yazıları dərc etmişik. 
Əlbəttə, biz  44 günlük Vətən müharibəsində torpaqlarımızı erməni faşistlərdən azad edən ordumuzla fəxr edirik, amma...
Əmması odur ki,  Gündəlik-Bakı  15 ilə yaxındır ki, Müdafiə  Nazirliyi  sistemində olan korrupsiya əməllərindən yazır. 
Biz bir media olaraq neçə illərdir yazırıq ki, Müdafiə Nazirliyinin  Mənzil İstismar İdarəsi  dövlətin hərbçilərimiz üçün ayırdığı milyonları  mənimsəyir, hərbçilər illərlə mənzil növbəsi gözləyir, amma orduya heç bir dəxli olmayan şəxslər mənzil alır...
Biz Gündəlik-Bakı olaraq MN-nin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun,  onun müavini olmuş, Maddi Texniki Təminat Baş İdarəsinin rəisi, general  Nizam Osmanovun əməllərindən kifayət qədər yazmışıq. 
Son vaxtlar  haqqında  yazdığımız  yüksək rütbəli  hərbiçilər  ya ordudan uzaqlaşdırılır, ya da həbs olunurlar. 
Gündəlik-Bakı  bu şəxslər barəsində yazanda  bu şəxslərin barəsində yazmağa  ciddi  SENZURA  qoyulmuşdu. Amma biz  bir media olaraq yazırdıq...
Bəli, Müdafiə  Nazirliyinin  Mənzil İstismar İdarəsinin sabiq  rəisi Fikrət Mirzəyev  həbs olundu. 
Bəs, Fikrət Mirzəyevin “şefi”, MN-nin Maddi Texniki Təminat Baş İdarəsinin rəisi, general  Nizam Osmanov  niyə həbs olunmur ?
Axı,  Fikrət Mirzəyev Nizam Osmanovun icazəsi olmadan heç bir addım ata bilməzdi. 
Bəli, hərbçilərin mənzil problemi üçün dövlətin ayırdığı  milyonları mənimsəyən  Nizam Osmanov olub. Fikrət Mirzəyev isə  sadəcə, JEK rəisi olub. 
İndi necə olur ki, Fikrət Mirzəyev həbs olunur, Nizam Osmanov isə  nazir müavini, Baş idarənin rəisi vəzifəsində qalır..? 
Yaxud Gündəlik-Bakının neçə illərdir ki, yazdığı Rəşad Quliyev niyə cəzasız  qalmalıdır ? 
Söhbət Bakıda yerləşən Mərkəzi Ordu İdman Klubunun  ( MOİK ) sabiq rəisi polkovnik-leytenant Rəşad Quliyevdən gedir.
Bu adam MOİK-i uzun illər rüşvət və korrupsiya yuvasına çevirdi. 
Təsəvvür edirsiniz, bu hərbi hissədə qulluq etməyin qiyməti nə az, nə çox, 40-50 min arasında olub. İndi bu rəqəmi vurun əsgərlərin sayına, sonra alınan nəticəni illərə vurun...və görün  Rəşad  Quliyev neçə milyonları qazanıb və orada hərbi xidmət keçən əsgərlərin kimlərin övladları olduğunu görəndə adamın tükləri biz-biz olur.
Sözün qısası, Rəşad Quliyev  bu illər ərzində milyonlara sahib oldu. Sonradan onun vəzifəsi bir az da böyüdü və Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində polkovnik rütbəsində, İdman kafedrasında idman rəisi kimi çalışır.
Bu illər ərzində  Rəşad Quliyev qazandığı milyonlar hesabına milyonluq obyektlərə, mülklərə, bahalı mənzillərə, avtomobillərə sahib oldu. 
Rəşad  Quliyevin  Badamdar qəsəbəsində  10 milyon dəyəri olan “Olive Garden”  restoranı, villası var. Bəs Rəşad Quliyevi kim müdafiə edirdi? Kimdir Elxan Məcidov? Kimin adamı olub?
Elxan Məcidov Hərbi Dəniz Qüvvələrində serjant olub. Sonra Quru Qoşunlarında "praporşik" kimi fəaliyyətini davam etdirib. Onu 1992-ci ildən tanıyanlar deyir ki, Elxan Məcidovun heç bir hərbi təhsili yoxdur. Amma Nəcməddin Sadıqovun sağ əli olub. Müdafiə Nazirliyinin "MOİK" kimi məhşur hərbi hussəsinin kuratoru olub. Bütün əsgərlərin giriş-çıxışını Rəşad Quliyevin dövründə Elxan Məcidov tənzimləyib. İri pulların hesabatı Nəcməddin Sadıqovun tapşırığı ilə Rəşad Quliyevlə Elxan Məcidovun arasında aparılıb. Ona görə də Elxan Məcidovun obyektləri Şüvəlandan Qubaya, Xaçmaza, Bakının mərkəzi rayonlarına gedib çatır. Bu haqda növbəti sayımızda.
Qarşı tərəfin mövqeyini  dərc etməyə hazırıq. /Gundelik-baku.com/



скачать dle 12.1